2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev səsləndirdiyi rəqəmləri necə əldə edib?

İqtisadçı-ekspert Vahid Məhərrəmov prezident İlahm Əliyevin Yevlax müşavirəsində səsləndirdiyi iqtisadi rəqəmlərə feysbuk səhifəsində münasibət bildirib:

“Yevlaxda keçirilən müşavirədə İlham Əliyev bildirib ki, üç ay ərzində kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artmışdır.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd etməliyəm ki, 2017-ci ilin ilk üç ayında 69,4 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub. Bu, 2016-cı ilin 1-ci rübü ilə müqayisədə 12,4 milyon dollar çox olsa da, əvvəlki illərin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır. Belə ki, 2014-cü ilin ilk üç ayında 144, 8 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları ixrac edilmişdi. Göründüyü kimi fərq 2 dəfədən də çoxdur.

Onu da qeyd etməliyəm ki, bu ilin üç ayı ərzində ölkəyə 298 milyon 557 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyon 415 min dollar çoxdur. Ümumi götürəndə isə 2017 ci ilin ilk üç ayında kənd təsərrüfatı məhsulları idxalı ixracdan 4,3 dəfə çox olub. Belə olan halda, kənd təsərrüfatı məhsullarının ixracında 44 faiz artımın olmasını qeyd etmək absurddur”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button