Manşet
Trend

Pandora sənədləri – İlham Əliyev, Vladimir Putin, Zelenski…

Dünyanın 35 hazırkı və keçmiş liderlərinin və 300-dən çox ölkə rəsmisinin adı Pandora sənədləri adlanan və ofşor şirkətlərindən sızdırılmış sənədlərdə çəkilir.

Bu sənədlər üzə çıxarıb ki, zəngin və tanınmış insanlar Böyük Britaniyada daşınmaz əmlakı gizli yollarla almaq üçün qanuni şirkətlər təsis ediblər.

“24 saat” xəbər verir ki, BBC-nin Panorama proqramının Guardian qəzeti və digər media partnyorları ilə birgə araşdırmasının nəticələrinə görə, Azərbaycan prezidenti İlham Əliyev ailəsi Britaniyada 400 milyon funt sterlinqdən çox dəyəri olan daşınmaz əmlak alqı-satqısında iştirak edib.

BBC-nin Panorama proqramı deyir ki, üzə çıxan bu məlumatlar Britaniya hökuməti üçün utandırıcı ola bilər, çünki Əliyevlər özlərinin London malikanələrindən birini Kraliçaya məxsus daşınmaz əmlakları idarə edən və Crown Estate adlanan korporasiyaya satıb. Bu korporasiyanı Britaniya Maliyyə Nazirliyi idarə edir.

“Pandora sənədləri” göstərir ki, 

İlham Əliyevin ailəsi Britaniyada daşınmaz əmlakı ofşor şirkətlərdən istifadə edərək alıb. Sənədlərə görə, Əliyevlər ailəsi Britaniyada 17 daşınmaz əmlak alıb, onlardan biri Londonda prezidentin oğlu üçün 33 milyon funt sterlinq dəyərində ofis binasıdır. Londonun zənginlər yaşayan Mayfair ərazisindəki bu bina 2009-cu ildə, Heydər Əliyevin 11 yaşı olanda alınıb. Onu əvvəlcə Prezident İlham Əliyevin ailə dostunun şirkəti alıb, bir ay sonra isə Heydər Əliyevin adına keçirilib, BBC-nin Panorama proqramı yazır.

Əliyevlər ailəsinə məxsus digər bir bina isə 2018-ci ildə Crown Estate-ə 66 milyon funt sterlinqə satılıb.

Guardian qəzeti yazır ki, Əliyevlər ailəsi açıqlama verməkdən imtina edib.

Crown Estate BBC-yə deyib ki, o, əmlak alınan zaman qanuna uyğun bütün yoxlamaları aparıb, ancaq indi məsələyə yenidən baxır.

Maliyyə əməliyyatlarının çoxunda qanunsuz heç nə yoxdur, anca İCİJ – Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumundan Fergus Shiel deyir ki, ”Əvvəllər bu səviyyədə belə bir şey olmayıb və bu, reallığı göstərir ki, ofşor şirkətləri insanlara çirkli pulları gizləməyə və vergidən qaçmağa necə yardım edə bilir”.

Londonun zənginlər yaşayan Mayfair ərazisindəki bu bina 2009-cu ildə, Heydər Əliyevin 11 yaşı olanda alınıb.
Londonun zənginlər yaşayan Mayfair ərazisindəki bu bina 2009-cu ildə, Heydər Əliyevin 11 yaşı olanda alınıb.

Sənədlərdə həmçinin göstərilir ki, Britaniyanın keçmiş Baş Naziri Tony Blair və həyat yoldaşı Londonda ofşor şirkəti vasitəsilə ofis alarkən 312 min funt sterlinq dəyərində daşınmaz əmlak vergisindən yayınıblar.

Toni Bleyer
Sənədlərdə keçmiş Britaniya Baş naziri Tony Blair və xanımı Cherie Blair-in də adı var.

Sənədlərə görə, Rusiya prezidenti Vladimir Putin Monakoda gizli mülklərə sahibdir.

Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ildə seçkiləri qazanmazdan öncə gizli ofşor şirkətindəki payını transfer edib.

Sızdırılmış maliyyə sənədlərində göstərilir ki, İordaniya kralı Britaniya və ABŞ-da dəyəri 100 milyon dollardan artıq olan daşınmaz əmlak imperiyasına yiyələnib. Sənədlər Abdulla 2-ci bin Əl-Huseynin Britaniyanın Virgin adaları və digər vergi sığınacaqlarındakı ofşor şirkətlər şəbəkəsini aşkara çıxarıb – bu şirkətlər vasitəsilə o, 1999-cu ildə hakimiyyətə gəldikdən bəri 15 ev alıb. Onlardan biri Malibudakı 50 milyon funt sterlinq dəyərində olan 3 evdir.

Ofşor əməliyyatları barədə belə sənədlər yeni deyil – son yeddi il ərzində FinCen faylları, Paradise Papers, Panama Papers və LuxLeaks belə əməliyyatları aşkarlayıb.

Pandora sənədləri mediaya sızdırılmış 12 milyondan çox sənəd və kompüter faylıdır. Onlar dünya liderlərinin, siyasətçilərin və milyarderlərin gizli saxladıqları var-dövlətini üzə çıxarır.

İordaniya kralının Malibudakı malikanələri
İordaniya kralının Malibudakı malikanələri

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button