Now Reading:
İlham Əliyevin fərmanının icrası etiraz aksiyasına səbəb oldu

İlham Əliyevin fərmanının icrası etiraz aksiyasına səbəb oldu

Məsələ ilə bağlı xüsusi komissiya yaradıldı

 Prezidentin fərmanına əsasən şəhid ailələrinə veriləcək 11 min manat  birdəfəlik ödəməni ala bilməyən vətəndaşlar Milli Məclisin qarşısına toplaşaraq məsələyə etirazlarını bildiriblər. Bir neçə deputat onlarla görüşərək, məsələnin parlamentdə müzakirə olunacağına söz verib.

24saat.org xəbər verir ki, iclasda deputat Fazil Mustafa problemin mahiyyəti barədə məlumat verib. “Şəhid ailələrinin bir qismi “Azərsığorta”ya müraciət edərkən mənfi cavab alırlar .Həmin insanlara bildirirlər ki, onlar pulu 90-cı illərdə alıblar. Amma onlar vəsaiti almadıqlarını deyirlər. Vətəndaş da bunu sübut edəcək sənədi tələb edir. Sığorta şirkəti də bunu vətəndaşdan tələb edir ki, vəsaiti almadığını sübut etsin. Vətəndaş bunu niyə sübut etməlidir ki? Bu gün hansısa bir insanın 11 min manat almaq hüququ pozulursa, bunun ağır mənəvi nəticələri ola bilər. Həmin insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirlər, nazirlik də bildirir ki, adınız “Azərsığorta”nın təqdim etdiyi siyahıda yoxdur. Bu da yanlış bir yanaşmadır. Dövlət qurumları öz funksiyalarını yerinə yetirmirlər, vətəndaşı Milli Məclisə yönləndirirlər. Parlament öhdəsinə düşəni edib, qərar qəbul edib, ölkə Prezidenti də bu istiqamətdə addım atıb. Hansısa işinin öhdəsindən gələ bilmirsə, bunun yolunu tapmaq lazımdır”.

Deputat bu prosesin sənədləşməsinin elektron qaydada aparılmasını təklif edib.

Deputat Zahid Oruc deyib ki, “Azərsığorta” ümumilikdə 4800 şəhid ailəsinə bu cür cavab verib: “Ölkə başçısı tərəfindən şəhid ailələrin birdəfəlik kompensiyaya ilə bağlı imzaladığı sərəncam bu qurum tərəfindən yarıtmaz səviyyədə yerinə yetirilir. Əmək və əhalinin sosial müdafiə nazirliyi də şəhid ailələrinə birdəfəlik kompensasiyanın verilməsində yaranan problemindən ciddi narahatlıq keçirirlər. Onlar da bu problemin həllini istəyir və bununla bağlı müvafiq dövlət qurumları ilə yazışmalar aparmaqdadırlar”.

Deputat vurğulayıb ki, bu təbəqəyə həssas yanaşmaq lazımdır. Məsələ ilə bağlı qanunvericilk aktları var və bu qanun icra olunmalıdır. Odur ki, hansısa sığorta şirkəti ölkə başçısının qəbul etdiyi sərəncamını yarıtmaz səviyyədə yerinə yetirməsinə haqqı yoxdur. Bununla narazaılıq yarada bilməz”.

Z. Oruc məsələni araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasını təklif edib.

Deputat Aqil Abbas zamanında Qarabağda döyüşən polislərə veteran statsunun verilməsini,həmçinin döyüşlərdə həlak olan polislərin şəhid ailələrinə müavinətin verilməsini təklif edib.

O deyib ki, Qarabağda döyülşərin ilk illərində Azərbaycanda nə Müdafiə Nazirliyi nə də digər qurumlar mövcud deyildi. “İnsanlar ölkənin müxtəlif bölgəsində gələrək qarabağda döyüşürdü. Hətta eləsi cibindən pul qoyub döyüşürdü və canından keçirdi. Odur ki. bu insanların da hüququ tanınmalıdır”- deputat bildirib.

Deputat Qənirə Paşayeva da məsləni dəstəkləyərək deyib ki, ölkə başçısının sərəncamı könüllü döyüşərək şəhid olanlara və polis işçilərinə də şamil edilsə yaxşı olar.
Qənirə Paşayeva qaldırılan məsələni dəstəkləyərək, problemin qısa zamanda həll olunmasını təklif edib.
Deputat Çingiz Qənizadə isə deyib ki, bu məslənin birdəfəlik həllinə nail olmaq lazımdır. Şəhid ailələrini küçələrə salmaq düz deyil. Onalrı küçələrdən yığışdırmaq lazımdır. Bu yaxşı hal deyil.Əgər qanunvericilikdə boşluq varsa, həmin boşluq həll olunmalıdır”- Ç.Qənizadə deyib.

Deputat Siyavuş Novruzov şəhid ailələrinə birdəfəlik müavinətin verilməsinin çox mühüm qərar olduğunu deyərək, bunun maddiyyatdan saha çox mənəvi məsələ olduğunu deyib. “Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu, millətin, dövlətin şəhididir. 5 manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi yanaşmamalıyıq. Bu yaxınlarda Nazirlər Kabineti tərəfindən veteran statusu almayan şəxslər üçün qaydalar tətbiq edilib.Vaxtilə haqqı olan insanlar qalıb kənarda, olmayanlar isə digərlərinin haqqını mənimsəyiblər.Hökumət də buna əsasən bu haqdan məhrum edilənlərin öz haqqından istifadəsi üçün şərait yaradıb. Azərbaycanda veteranların sayı təxminən 60 mini keçib. Sırf Qarabağla olanları qeyd edirəm. Azərbaycanda polk, diviziya olmayıb. Batalyon olub və bu batalyonlarda da 200 nəfər insan vuruşub. Ezam olunanlarla, həqiq hərbi xidmətə çağıranların statusu fərqli olmalıdır”.

Milli Məclis sədri Oqtay Əsədov isə deyib ki, parlament bununla bağlı nə lazımsa edib. “ Komitə sədriləri, komitə sədrlərinin müavinləri ilə birgə müzakirə edilib. Milli Məclis nə lazımdırsa onu edib. Odur ki. məsələni araşdırmağı parlamentin İnsan hüquqları komitəsinə həvalə edək və komitə bura aidiyyatı qurumları, o cümlədən Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin də mümayəndələrini dəvət etsin. Məsələ araşdırılsın”.

 

Input your search keywords and press Enter.