Now Reading:
” İlham Əliyevin hakimiyyətini daha 7 il uzadmağa haqqı yoxdur”

Müxalifətin 31 mart mitinqi artıq başlayıb. Çıxşçılar tribunaya qalxıb. Mitinqin aparıcısı bu dəfə də AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyndir. İlk çıxışı AXCP sədri Əli Kərimli edib.

Əli Kərimli 1918-ci ilin mart qırğınından danışaraq deyib ki, erməni terroru 100 ildi davam edir. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu deyib: “Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.

Əli Kərimli həm də hökuməti Rusiyadan yararsız silah almaqda suçlayıb.

 

AXCP sədri həmçinin vurğulayıb ki, ölkədə 160 civarında siyasi məhbus var. “Onlar bu milləti sevən ninsanlardır.”, deyən Əli Kərimli onlardan bir neçəsinin adını çəkib.

Əli Kərimli hakimiyyəti korrpsiyada da ittiham edib. Bu zaman meydanda “istefa” şüarları səslənib.

AXCP sədri vurğulayıb ki, Azərbaycanda monopoliyanın başında dövlət başçısı İlham Əliyev durur. Əli Kərimli deyib ki, İlham Əliyevin hakimiyyətini daha 7 il uzadmağa haqqı yoxdur.

“İktidarda olduğu müddətdə yalanı dövlət siyasətinə çevirmiş, ölkədə söyüşü siyasətə gətirmiş bir şəxsin 4-cü dəfə prezident seçilməyə haqqı varmı?”deyə AXCP sədri sual edib.

***

Mitinqdə çıxış edən vəkil Osman Kazımov isə polislərə müraciət edib: “Əzizlərim “ Polsi haqqında” qanuna görə siz xalqı müdafiə etməlisiniz, məmurları yox…”. Osman Kazımov deyib ki, polislər də onlara dogma, qardaş adamlardır.

O.Kazımov Qarabağ münaqişəsindən danışarkən Əbülfəz Elçibəy hakimiyyəti ilə mövcud hakimiyyət arasında parallel aparıb: “Ə.Elçibəy hakimiyyəti dövründə Qarabağın 1/3 azad edilmişdi, sonrakı hakimiyyətin ilk illərində isə 6 rayon işğal edildi”.

***

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu çıxışında Əliyevlərin Azərbaycana yalnız talamaq məqsədilə baxdıqlarını deyib. O, İlham Əliyevi Qarabağ siyasətində uğursuzluqda, hətta öz bəyanatları ilə Ermənistana kömək etməkdə suçlayıb.

***

Mitinqin keçirildiyi məkandan verilən məlumata görə, ərazidə tez-tez internetdə kəsilmələr yaranır. Bu üzdən aksiyadan canlı yayımın verilməsində problem yaşandığı bildirilir.

***

Bu gün Bakıda, Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) müxalifətin növbəti mitinqi keçirilir. Mitinq BŞİH-lə razılaşdırılıb və saat 15:00-dən 17-dək davam edəcək. Mitinqin əsas tələbləri bunlardır: “Azad seçki!”, “Monarxiyaya son!”, “Korrupsiyaya yox!”. Mitinqdə həmçinin “Erməni terrorunu lənətləyirik!” şüarı səsləndiriləcək və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına qiymət verilməsi tələb olunacaq.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.