Now Reading:
“İlham Əliyevin növbədənkənar seçki qərarını əsaslandıracaq ciddi arqument yoxdur”

Almaniyanın 30 dildə yayımlanan Deutsche Welle nəşri Azərbaycanda növbədənkənar seçkilər haqqında material dərc edib.

Azәrbaycan prezidenti İlham Әliyev hәftәnin birinci günü oktyabr ayında keçirilmәli olan seçkinin aprel ayında keçirilmәsi haqqında sәrәncam imzalayıb. Prezidentin saytında yayılan, 3 bәnddәn ibarәt olan sәnәddә bu qәrarı әsaslandıracaq ciddi heç nә yoxdur.

Әliyev siyasi xanәdanlığı uzun illәrdir hakimiyyәtdәdir. İlham Әliyevin atası Heydәr Әliyev әvvәlcә KQB generalı, sonra isә keçmiş sovet Azәrbaycanının rәhbәri olub. Heydәr Әliyev 2003-cü ildә sağlamlıq problemlәri üzündәn namizәdliyini oğlu İlham Әliyevin lehinә geri götürdü vә İlham Әliyev prezident seçilәndәn bir müddәt sonra vәfat etdi. O vaxtdan bәri İlham Әliyev konstitusiyanı bir neçә dәfә dәyişdirib. İstәdiyi qәdәr prezident seçilmә imkanı әldә edib vә prezidentlik müddәtini 5 ildәn 7 ilә dәyişib.

Müxalifət lideri Əli Kərimli növbәdәnkәnar seçki qәrarını sәrt tәnqid edib.

Azәrbaycan Xalq Cәbhәsi Partiyasının sәdri Әli Kәrimli bu qәrarın kampaniya müddәtini qısaltdığını vә müxalifәtin imkanlarını mәhdudlaşdırmağı hәdәflәdiyini bildirib. AFP xәbәr agentliyinә müsahibә verәn Әli Kәrimli bildirib ki, “Әliyevlәr 45 ildir hakimiyyәtdәdir vә bu demokratik respublika prinsiplәrinә ziddir”.

İlham Әliyevin hәyat yoldaşı 1-ci vitse-prezident postundadır.

Azәrbaycan iqtisadiyyatı zәngin neft vә qaz rezervlәri sayәsindә inkişaf edib.

Әliyev prezident seçilәrkәn iki seçkidә iştirak etmә haqqı var idi.
Әliyev 2003, 2008, 2013-cü illәrdә prezident seçilib. Amma müxalifәt bu seçkilәrin saxta olduğunu iddia edir. Bir çox ekspertlәr İlham Әliyevin sәlahiyyәtlәrini keçәn il birinci vitse-prezident tәyin etdiyi hәyat yoldaşı Mehriban Әliyeva ilә bölüşә bilәcәyini iddia edir. Bu hakimiyyәt daxilindә gәrginlik yaradır.

İnsan haqlarını müdafiә tәşkilatları siyasi müxaliflәrin vә jurnalistlәrin hәbs edilmәsi, qorxudulmasından ötrü İlham Әliyevi tәnqid edirlәr.

azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.