2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlham Əliyev: “33 il bundan əvvəl konsert zamanı tanış olmuşuq”

Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın sosial şəbəkədə valideynlərinin fotosunu paylaşıb. Big.az-ın məlumatına görə, A.Əliyeva şəkilin altına belə qeydi yazıb:

– Siz həyat yoldaşınız ilə necə tanış olmusunuz?
– Biz 33 il bundan əvvəl Bakıda, konsert zamanı tanış olmuşuq. Bir neçə aydan sonra isə evləndik. O vaxtdan birlikdə yaşayırıq. Mehriban ailəmiz və qürur duyduğumuz gözəl övladlarımız var. Mən hesab edirəm ki, ailədə yaxın münasibət istənilən insan üçün ən böyük dəyərdir. Uşaqların ailədə aldığı tərbiyəni heç bir məktəb, universitet əvəz edə bilməz. Övladlar valideyn arasında münasibəti görəndə, qarşılıqlı anlaşma hiss edəndə xeyirxah böyüyürlər. Mən ailəm cəhətdən çox xoşbəxtəm, 33 ildir ki, sevimli xanımımla yaşayıram. İşdən evə gəlib yaxınlarımın gözündə təbəssüm, mehribanlıq görəndə işimlə bağlı bütün problemləri, stressi, çətin məqamları unuduram, sevgi və mehribanlıq dünyasına daxil oluram.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button