2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

İlham Əliyev 83 qəsəbənin qazlaşdırılmasına 100 milyon manat ayırdı

Natiq Cəfərli: ”Korrupsiya olmasaydı indiyə qədər ayrılan pullarla Çinin yarısını da qazlaşdırmaq olardı”

Prezident İlham Əliyev “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə 100 milyon manat Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sərəncamda bildirilir ki, əhalinin təbii qaza olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi 93 faizə çatdırılıb və bu önəmli strateji sosial layihənin həyata keçirilməsində dövlət tərəfindən yüksək maliyyə dəstəyi göstərilib.

Sərəncamla 2018-ci ildə 41 rayonun 79 kənd və qəsəbəsinin, məcburi köçkünlərin yerləşdiyi 3 rayonun 4 qəsəbəsinin qazlaşdırılması nəzərdə tutulur.

Sərəncamı “Facebook” səhifəsində şərh edən iqtisadçı Natiq Cəfərli prezidentin 2016-ci ilin yekunlarına dair Nazirlər Kabinetinin toplantısındakı “ölkə əhalisinin qazlaşdırılma səviyyəsi 92 faizi keçib” fikrini xatırladaraq sual edib ki, əgər ölkə əhalisinin 93-94 faizi artıq qazla təmin olunmuşdusa, bu 100 milyon manat nə məsələdir, yox əgər təmin olunmamışdısa, niyə elə rəqəmlər səsləndirirdilər?!

İqtisadçı qeyd edib ki, qaz xətlərinin çəkilməsinə vəsait ayrılması özü-özlüyündə yaxşı işdir, amma bu günə qədər ayrılmış vəsait korrupsiyaya yem olmasaydı nəinki Azərbaycanın, Çin əhalisinin yarısını belə qazla təmin etmək olardı.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban fərqli düşünür.

Mərkəz rəhbəri Meydan TV-yə deyib ki, siyahıda 86 kənd və 4 məcburi köçkün qəsəbəsi var, hər birinə ortalama götürdükdə 1 milyon manat düşür. Burda kəndin relyefini və xəttin kəndə gələn paylanan hissəsini də nəzərə almaq lazımdır. İkinci, qaz sayğacları da bu vəsaitə daxildir:

“Azərbaycanda paylayıcı şirkət qaz xəttini qapıya qədər çəkir. Siyahıda elə rayon var 17, eləsi də 2 kənddir, yaxud siyahıda ölkənin cənub, şimal və qərb bölgələri yer alıb”.

İlham Şaban prezidentin ötən ilin noyabrında 2 milyard ton neft çıxarılması haqda toplantısındakı çıxışını xatırladaraq bildirib ki, SOCAR-la dövlət arasında münasibətlərə baxmaq gərəkdir. Prezident demişdi ki, SOCAR lazım gələndə, öz köməyini göstərəcək və dövlət də şirkətə dəstəyini davam etdirəcək. Azərbaycanda şirkətlə dövlət arasında kommersiya münasibətləri yoxdur, ölkədə mənfəət vergisi 20 faizdir. SOCAR-ın bir ildə mənfəəti 500 milyon manat olur, onun 20 faizi 100 milyon edir. Şirkətin büdcə ödəmələrinə nəzər yetirin, ən az 2016-cı ildə olub, 1,2 milyard manat. Onda neftin ixrac qiyməti 42 dollar idi. 2017-ci ilin büdcəsinə isə 1,4 milyard manat. Hazırda büdcənin bir saylı vergi ödəyicisi SOCAR-dır. Bundan əlavə şirkətin sosial layihələri 100-200 milyon arasındadır. Bunlar hamısı nəzərə alınmalıdır, heç kəs demir ki, Azərbaycan müstəqilliyin əldən edəndən şirkətin 100 min işçisi olub və ixtisar da olmayıb.

meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button