2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlham Əliyev ABŞ-nin Qafqaz elçisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Amerika Birləşmiş Dövlətlərinin (ABŞ) Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

AZƏRTAC-ın xəbərinə görə, Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanla Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Entoni Blinkenə təşəkkürünü ifadə edib.

Xəbərə görə, söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Brüssel formatını dəstəkləyir. Amma ötən ilin sonları hər iki danışıqlar, əsasən, dayanıb. Bununla belə, ötən ay Avropa İttifaqı Şurası “sabitliyə töhfə vermək” məqsədilə Ermənistana mülki missiya göndərib. Üstəlik, fevralın 18-də Münhendə Azərbaycan prezidentinin ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra tərəflər danışıqlarla bağlı, əsasən, nikbin fikirlər dilə gətiriblər.

Bunun ardınca, ötən həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanda olub və orada da sülh danışıqları müzakirə edilən məsələlər sırasında olub.

Amma dünən, martın 5-də Qarabağda yenidən atəşkəsin pozulması ilə bağlı qarşılıqlı ittihamlar səslənib. Hər iki tərəfdən ölən və yaralananların olduğu deyilir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button