2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlham Əliyev Alyaksandr Lukaşenka ilə görüşüb

Aprelin 13-də Azərbaycan prezidenti İlham Əliyev ilə Belarus prezidenti Alyaksandr Lukaşenka arasında qeyri-rəsmi görüş keçirildiyi bildirilir.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sabah, aprelin 14-də onların təkbətək və geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə də görüşü gerçəkləşməlidir.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun aprelin 13-də Azərbaycana işgüzar səfəri başlanıb.

AZƏRTAC-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Bakı beynəlxalq hava limanında Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Verilən rəsmi məlumatlara görə, Prezidentlərin görüşü təkbətək və geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə gerçəkləşməlidir.

Görüşdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi və əməkdaşlığın yeni məzmunu müzakirə olunmalıdır.

Tərəflər sənaye kooperasiya məsələlərini, yeyinti məhsulları istehsalı, təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və perspektivli layihələrin həyata keçirilməsini nəzərdən keçirməlidirlər.

24 saat” “İlham Əliyev Alyaksandr Lukaşenka ilə görüşüb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button