2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev Avropadan gileylənib: ‘Amma pulu verirlər Ermənistana…’

Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Avropa Birliyinin Ermənistana 2,6 milyard , Gürcüstana 2,3 milyard, Azərbaycana isə 150 milyon avro vəsait ayıracağı ilə bağlı açıqlamalara münasibət bildirib.

O, bunu ədalətsiz adlandıraraq deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirildi, amma konkret bizə deyilmədi bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir? Əlbəttə, mən hesab edirəm ki, bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir… ”

Prezident deyib ki, müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Onun fikrincə, Azərbaycana bu vəsait verilməlidir :

“Amma pulu verirlər Ermənistana. Ermənistanda bir dağıntı var? Yoxdur. Mina döşəmişik orada? Yox. Bu qədər işğaldan əziyyət çəkən ölkə olub? Yox. Əlbəttə bu, ədalətsizdir. Bu məsələ ilə də bağlı əlbəttə, fikir mübadiləsi oldu. (Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu günlər Azərbaycana səfəri oldu) Cavab elə oldu ki, Azərbaycana elə bil ki, vəsait lazım deyil. Birincisi, bizə heç kim təklif etməyib, bizə təklif edin, mən deyərəm, bizə lazımdır, yoxsa yox…”

“Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? “

Prezident sonra sual edib:

“Bəs azad edilmiş torpaqları biz bərpa edəsi deyilik? Milyardlarla dollar vəsait lazımdır, o, göydən düşür?.. Bəli, biz özümüzü təmin edən ölkəyik. Amma əgər bizə də Ermənistan kimi qrant olaraq vəsait verilsə, biz heç vaxt imtina etmərik”.

Bu fikirlərə, hələlik, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Söhbət Azərbaycandan başqa Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistandan gedir. Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişi imzalayıb.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb.

Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı dəqiq bilinmir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “İlham Əliyev Avropadan gileylənib: ‘Amma pulu verirlər Ermənistana…’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button