2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İlham Əliyev: Azərbaycan ordusu Laçına yerləşdi

Yayımlandı: 26 Avqust 2022 11:58

“Zabux və Sus kəndləri nəzarətə götürülüb”

Azərbaycan ordusu Laçın şəhərinə daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Prezident İlham Əliyev avqustun 26-da “Twitter” səhifəsində paylaşım edib.

Dövlət başıçısı yazıb: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Foto: skrin

Laçın rayonu 1930-cu ildə yaradılıb.

1992-ci ilin mayında Ermənistan ordusu tərəfindən işğal olunanda rayonun 65507 nəfər əhalisi olub.

Avqustun 11-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda bildirilirdi ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisi yekunlaşıb.

Ona qədər Ermənistanla Xankəndi arasında əlaqə Laçın dəhlizi vasitəsilə həyata keçirilirdi.

Dəhlizə sülhməramlı missiyası ilə gələn Rusiya hərbçiləri nəzarət edir.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button