2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin şərtlərini açıqladı

Bakı/14.08.21 Biz öz mövqeyimizi dəfələrlə bildirmişdik. Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın.

Bu sözləri “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Bu günə qədər Ermənistandan müsbət cavab alınmadığını vurğulayan dövlətimizin başçısı bildirib: “Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir”.

Saytların yığılması Saytlarin yigilmasi

Yolların açılmasının, Zəngəzur dəhlizinin yaradılmasının, bütün ticarət əlaqələrinin bərpasının, yəni, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsinin bizim maraqlarımıza cavab verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”.-06B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button