2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

İlham Əliyev Belçikaya gedib

Dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə görüşməlidir

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

Saytların yığılması Saytlarin yigilmasi

Dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə görüşməlidir.

Bundan başqa Azərbaycan prezidentinin bu səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla da görüşü nəzərdə tutulur.

Dekabrın 15-i və 16-sında Brüsseldə “Şərq Tərəfdaşlığı” Sammiti keçirilməlidir.

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belars və Ermənistan) Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq Aİ ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə Ermənistanla da tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin isə nə vaxt imzalanacağı dəqiq bilinmir.

Bu yaxınlarda Belarusla Avropa İttifaqğının əməkdaşlığı dayandırılıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button