2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“İlham Əliyev bizlərə sübut etdi ki…”

AXCP lideri ölkə başçısının sonuncu “inkişaf nağılı”na cavab verdi

Dövlət başçısı İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftarda çıxışı zamanı yenə ölkədə bütün sahələr üzrə inkişafın getdiyini deyib. AXCP sədri Əli Kərimli ölkə başçısının bu fikrinə özünün feysbuk səhifəsində cavab verib. Əli Kərimli yazır:

Saytların yığılması Saytlarin yigilmasi

Bizlər də sadəlövhcəsinə düşünürdük ki, İlham Əliyev daha inkişafdan danışmayacaq. Düşünürdük ki, dolana bilmədiyi üçün yüzlərlə insanın intihar etdiyi, minlərlə insanın isə müalicə olunmağa pul tapa bilmədiyi üçün həyatını itirdiyi ölkədə inkişafdan necə danışmaq olar? 17 min tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən qovulduğu, hər 5 uşaqdan 2-nin normal qidalanmadığı, şəhid ailəsinin “qan pulu” ala, Qarabağ qazisinin müalicə oluna bilmədiyi, işsizliyin tüğyan etdiyi, milyonlarla insanın banklar tərəfindən əsir alındığı ölkədə inkişafdan necə danışmaq olar? Cəmi bir ilin ərzində (dollarla hesabladıqda) dövlət büdcəsi 2 dəfədən də çox, ümumi daxili məhsulu (ÜDM) 29%, orta aylıq əmək haqqı 48 % azalan ölkədə necə yenə də analoqsuz inkişafdan danışmaq olar? Dövlət valyuta ehtiyatlarının 70 %-ni ilyarım ərzində əridib, borc üçün dünyada bütün qapıları döyən hökumətin başçısı necə inkişafdan danışa bilər? İlham Əliyev bizlərə sübut etdi ki, olarmış. İlham Əliyev iftar süfrəsində ağzı oruc müsəlmanlara ölkəmizin “bütün sahələrdə çox böyük inkişaf yolu keçib, uğur qazanmasından” danışıb. Bax, belə! Sözünüz var?

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button