2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev: Böyük qələbə qazandıq

ilham-eliyev5Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib.

Cümhuriyyət.az-ın APA-ya istinadən məlumatına görə, bunu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

Dövlət başçısı deyib ki, təmas xəttində yerləşən mövqelərimizə hücum olub, yaxınlıqdakı yaşayış məntəqələri atəşə tutulub:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu silahlı təxribat nəticəsində itkilərimiz olub, hərbçilərimiz və mülki şəxslərimiz həlak olub”.

Prezident həlak olanların qohumlarına səbr arzulayıb, yaralananlara şəfa diləyib:

“Nazirlər Kabinetinə həlak olanların ailələrinə maddi yardımlar göstərmək üçün təkliflər hazırlamağı tapşırıram, Müdafiə Nazirliyi isə döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş hərbçiləri təltif etmək üçün mənə təkliflər təqdim etsin”.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın bu cür təxribatlara əl atması ilk dəfə deyil:

“Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində Qazax istiqamətində oxşar təxribat törədilib. Mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkib və bu hücum nəticəsində 2 hərbçimiz həlak olmuşdu. Düşmənə layiqli cavab verilib, düşmən yerinə oturdulub”.

Prezident bildirib ki, bu təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür:

“Bu təxribat ordumuz tərəfindən layiqincə cavablandırıldı”.

Dövlət başçısı deyib ki, düşmənə böyük zərbələr vurulub, düşmən böyük itkilər verib:

“Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu. Bununla bərabər, qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Təxribata cavab olaraq aparılan hərbi əməliyyat nəticəsində böyük hərbi qələbə qazandıq.

Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq, düşmənə layiqli cavab veriləcək. Azərbaycan ordusu buna qadirdir, Azərbaycan övladları öz doğma torpaqlarını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi ürəyimizdə əbədi yaşayacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button