2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev Davudoğlu ilə görüşdü

Ölkə başçısı İlham Əliyev aprelin 14-də İstanbulda Türkiyə Baş naziri Ehmed Davudoğlu ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirilib.

İki ölkə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Söhbət zamanı 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin əhəmiyyəti vurğulanıb.

İlham Əliyev Sammitin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək,İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzulayıb.

Görüşdə son vaxtlar Dağlıq Qarabağda cəbhə bölgəsində baş verən hadisələrlə bağlı fikir mübadiləsi də aparılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevə aprelin 13-də Türkiyəyə gedib. Həmin gün O, Türkiyə prezidenti Receb Tayib Erdoğanla da görüşüb.

Bu gün, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti işə başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button