2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İlham Əliyev dediyi “islahatları” özü dəfn etdi

AXCP sədri Əli Kərimli parlament seçkilərində yol verilən pozuntularla bağlı yaranan sərt ictimai qınaq barədə status paylaşıb. Ə.Kərimli yazır:

Seçki saxtakarlarına ictimai qınaq çox güclüdür. Saxtakarlıq edərkən kameralara yaxalanmış adamları qınayanlar artıq 100 minlərlədir. Dünənə qədər susanlar da artıq susa bilmir. Sosial şəbəkələrdə populyar olan aktyorların, sənətçilərin, jurnalist və bloqçuların dilə gəlib, saxtakarları açıq və sərt şəkildə qınaması da yeni mərhələdən xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

2 gün öncəyə qədər seçkilərdə hansısa islahat olacağına ümidlənmiş və seçki müşahidəçiliyinə qoşulmuş 100-lərlə dürüst, mübariz gənc şəxsən şahidi olduğu saxtakarlıqdan dəhşətə gəlib. Hakimiyyət bu gənclərin etimadını birdəfəlik itirdi. Seçkiyə hansısa ümidlə qoşulmuş 10-larla müxalifətçi və müstəqil namizədin ritorikası seçkidən sonra xeyli sərtləşib.

Əksəriyyət gerçək, prinspial müxalifətin haqlı olması fikrinə gəlib. Rejimin başdan-ayağa saxtakarlıq içində olduğunu, iqtidarını zor gücünə qoruduğunu indi daha çox adam bilir. MSK-nın xalqı təhqir edən saxta nəticələrini qoyun bir tərəfə. Dünənki deputatlar da saxta təyin olunmuşdu, bugünkülər də saxta təyin olunub. Orada bəzi adların dəyişməsinin xalqa dəxli yoxdur. Ancaq siyasi baxımdan rejim, şəxsən İlham Əliyev bu seçkilərdə uduzdu. Onun zahirən görünən qələbəsi, parlament seçkilərini daha bir dəfə saxtalaşdıra bilməsi Pirr qələbəsidir. Belə “qələbələr” yekun məğlubiyyəti labüd edir.
9 fevral saxtakarlığından sonra xalqla rejim arasında uçurum daha da dərinləşdi. İlham Əliyev elan etdiyi “islahatları” özü şəxsən dəfn etdi. Onun saxtakarlar ordusu ağır zərbələr aldı, indi onlar adam içinə çıxa bilmirlər, üzlərini kameralardan gizlətməyə çalışırlar. Rejim əleyhdarlarının sırası isə daha da genişləndi, onların əminliyi artdı ki, doğru yoldadırlar, haqlıdırlar. Sayca çox, mənən haqlı və əqidəli olanların cinayət başında yaxalanıb, başı aşağı gəzənlər, üzünü gizlədənlər üzərində qələbəsi labüddür, sadəcə zaman məsələsidir. 9 fevral seçki saxtakarlığı o zamanı sürətləndirəcək!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button