2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev: İnşaat sektorunda tənəzzül yaşanır

“İnşaat sektoru təxminən 25-30 faiz aşağı düşür”

“Son illər ərzində Bakıda və ətraf qəsəbələrdə yüzlərlə, bəlkə də minlərlə yaşayış binası tikilib. Ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, 1901-ci ildə tikilmiş və çoxdan qəzalı vəziyyətdə olan binanın yerində inşa edilib”.

Prezidentin rəsmi saytı yazır ki, İlham Əliyev noyabrın 25-də Sabunçu rayonu Ramanı qəsəbəsində tikilmiş yeni yaşayış binasının açılışında belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkə başçısı qəzalı vəziyyətdə olan binaların sakinlərinin yeni mənzillərlə təmin edilməsinin çox gözəl təşəbbüs olduğunu, Bakıda buna bənzər 49 layihənin icra edildiyini vurğulayıb.

“Belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəcəklər, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin”, -prezident deyib.

Ölkə başçısı 115 yaşı olan binada yaşamağın təhlükəli olduğunu, Bakıda belə binaların kifayət qədər çox olduğunu bildirib.

“Onların yerində gözəl binalar tikilməlidir və tikilir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır. İnşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektorunda da canlanma yaradacaq. Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Həmin 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir”, – İlham Əliyev bildirib.

meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button