2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İlham Əliyev istibdadının koronavirus “çistka”sı

Milli Şuranın sədri Cəmil Həsənli

Abbasilərin beşinci xəlifəsi Harun ər-Rəşid bərməkiləri, Teymuri şahzadəsi Miranşah hürufiləri təqib etdiyi kimi şərq müstəbidliyi ənənəsinə sadiq qalan və bu tarixi ənənəni XXI əsrdə yaşadan müasir Tiranşah da cəbhəçi ovuna çıxıb. Qorxunc bioloji silahın dünyanı heyrətə saldığı indiki məqamda adam “Çistka” təlimatı verib. Mənası YAP-çıların murdarladığı cəmiyyəti namuslu adamlardan təmizləməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyevin “Çistka” anonsunun ilk hədəfi milli, mənəvi və əxlaqi baxımdan aydan arı, sudan duru adamı kimi Tofiq Yaqublu oldu. Tofiq bəyi Əliyevlərin ailə şirkətinin bir işçisi vasitəsi ilə şərləyiblər.

“Çistka”nın gücünə baxın. Son bir ildə cəbhə fəalı Nicat Abdullazadə beşinci dəfədir həbs edilir, İctimai əsaslarla partiya sədrinə mühafizə işlərində yardımçı olan Ruslan Əmirov bir il tamam olmamış dördüncü həbs həyatın yaşayır. Körpə uşağın tibb mərkəzinə gətirəndə Ruslan bəyi tibbi yardıma ehtiyacı olan uşağının yanında saxlayıblar. Böyük “humanistlik” göstərərək uşağı qohumunun yanına, Ruslanı isə polis bölməsinə, oaradan da Nərimanov rayon məhkəməsinə aparıb 211-ci COVİD maddəsi ilə 30 sutka veriblər.

Nicatın həbsi isə bir az dedektivə bənzəyir. İnzibati xətalar məcəlləsinə görə onun tutulmadığı maddə qalmayıb. Bu dəfə adamı SMS bəhanəsi ilə saxlayıb məhkəməyə gətiriblər. Məhkəmənin gedişində məlum olub ki, sayıq bir cəbhəçi kimi Nicat kəmali-ehtiramla SMS icazəsi alıb. Bir az pərtçilik yaransa da deyiblər onda səni təkrar polisə müqavimət adı ilə saxlayarıq. Bu da cəbhəçi maddəsidir. O, olmasın, bu olsun! Nə fərqi var? Ötən əsrin 30-cu illərində Almaniyada da belə edirdilər. Yəhudiləri tutmağa dəlil tapmayanda onları SS-çilərə müqavimət göstərmək ittihamı ilə konslagerlərə göndərirdilər. Doğrusu, bir az da Nicatın bəxti çəkib, COVİD-19 gicələtdiyi polisin narkotika maddəsi yadına düşməyib. COVİD-19 ölkə polisinin dadına çatıb. Yoxsa nə qədər narkotika maddəsinin abırsızlığınından “xamuş” olmaq olardı.

Hökumətdən halal pulunu ala bilməyən “Azadlıq” qəzetinin maliyyə direktoru, həbsdən az əvvəl çıxmış bizim DİN-in “imam cüməsi” Faiq Əmirli də 211-in dairəsinə düşüb. Bu maddə də cəmiyyətə ayaq açan kimi cəbhəçilərin yaxasından yapışıb, onların başı üzərində kabus kimi fırlanır. Sən demə bu karantin də elə cəbhəçilər üçün imüş. Ölkənin ilk rəsmi Corona məhbusu da cəbhəçi Anar Məlikov olub. Amma insafən son vaxtlar ADR-cilər də (Şakir Məmmədov və Vəfadar Əliyev) tez-tez bu maddənin təsir dairəsinə düşürlər.

Mahiyyəti cəbhəçilikdən yoğrulmuş üç körpə atası Aqil Hümbətovun “cəzası” bir başqa məsələdir. Adam körpə uşaqları üçün bütün normal cəmiyyətlərdə olduğu kimi uşaq pulu tələb edir. Deyiblər ki, bizim ölkədə uşaq pulu tələb etmək dəlilik əlamətidir. Özünü də zorən yerləşdiriblər ruhi xəstəxanaya və vəkili ilə görüşməyə də baş həkim içazə vermir ki, birdən vəkil rayon məhkəməsinin qərarını Aqil bəyə göstərib müjdə alar ki, vallah sən dəli-zad deyilsən, sap sağlam adamsan, sadəcə İlham Əliyev Sovet KGB-nin “Karatelnaya medsina” üsuli ilə səni “ağıllandırmaq” istəyir.

Bir sözlə,İlham Əliyev bü günlərdə ABŞ Ədliyyə Nazirliyinin bioloji silah kimi qiymətləndirdiyi COVİD-19-dan öz vətəndaşlarına qarşı, “beşinci kolon” hesab etdiyi ölkə müxalifətinə qarşı “uğurla” istifadə edir. Amma Birləşmiş Ştatlarda belə şeylər terror kimi qiymətlndirilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button