2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev-Lavrov görüşü bitdi: “Rusiya əlindən gələni etdi ki…”

rr-35Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın XİN rəhbəri Sergey Lavrov ilə görüşdə bəyan edib ki, Dağlıq Qarabağda təmas xəttində vəziyyət narahatlıq doğurur. “Məlum olduğu kimi, son günlər qoşunların təmas xəttində insan qurbanları ilə nəticələnmiş gərginlik baş verib. Əlbəttə, bu, narahatlıq doğurur”, – deyə, o, çərşənbə axşamı bildirib.
Sergey Lavrov öz növbəsində bəyan edib ki, Rusiya Dağlıq Qarabağ üzrə etibar tədbirləri görməyə çağırır. Lavrov həmçinin qeyd edib ki, Rusiya atəşkəsə əməl olunmasına dəstək göstərəcək. “Biz prezident, Baş nazir, XİN və Müdafiə Nazirliyi, Baş Qərargah səviyyəsində əlimizdən gələni etdik ki, atəşkəs haqqında razılığa nail olmaqda tərəflərə kömək edək, – deyə, o, bildirib. – Razılaşmanın pozulmamasına dəstək göstərməyə hazırıq, vəziyyəti sakitləşdirmək vacibdir”.
İlham Əliyev isə bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların davam etdirilməsinə köklənib. “Biz danışıqların davam etdirilməsinə köklənmişik. Azərbaycan danışıqlar prosesinə, münaqişənin sülh yolu ilə beynəlxalq hüquq əsasında nizamlanmasına hazırdır”, – deyə, Azərbaycan dövlətinin başçısı bildirib. İlham Əliyev həmçinin bildirib ki, ikitərəfli münasibətlərin, o cümlədən enerji və siyasət sahəsində münasibətlərin inkişafından məmnundur, RİA Novosti xəbər verir.
“Şübhəsiz, sizin səfəriniz ikitərəfli problemləri müzakirə etmək üçün yaxşı imkandır. Biz ölkələrimiz arasında münasibətlərin necə qurulmasından çox məmnunuq; bu münasibətlər yüksək səviyyədə, demək olar ki, bütün sahələri əhatə edən strateji münasibətlərdir. Rusiya və Azərbaycan iki dost, iki qonşudur. Biz bu münasibətləri qiymətləndiririk və inkişaf etdirməyə çalışırıq. Bu həm siyasi qarşılıqlı əlaqə, həm humanitar qarşılıqlı əlaqə, həm də iqtisadiyyat, energetikadır”, – deyə, İlham Əliyev bildirib.
Rusiyanın XİN rəhbəri isə bəyan edib ki, qarşıdakı İran-Rusiya-Azərbaycan üçtərəfli görüşü terrorizmə qarşı regional mübarizə tədbirlərinin hazırlanması baxımından vacibdir. “Digər qonşularımızın ərazisindən olduğu kimi, üç ölkənin ərazisindən də terrorçuların təchizatı, yaraqlıların traffiki marşrutlarının keçdiyini nəzərə alaraq, bu təzahürlərin kollektiv əsasda qarşısının alınması vacibdir”, – deyə, Lavrov bildirib. Onun sözlərinə görə, İran, Rusiya və Azərbaycanın geosiyasi vəziyyətlərindən nəqliyyat marşrutları, strateji əlaqələr və enerji sahəsində qarşılıqlı fəaliyyət üçün istifadə etmələri vacibdir.
“Şübhəsiz, bizim ikitərəfli strateji tərəfdaşlıq münasibətlərimiz də nəzərdən keçiriləcək. Sabah mənim həmkarımla ayrıca görüş nəzərdə tutulub”, – deyə, Lavrov bildirib. (oxu.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button