2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev: “Mən Azərbaycan gənclərinə üz tutub deyirəm…”

“Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, – görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, – ölkəmizin gələcəyi sizin əlinizdə olacaq”, aprelin 11-də keçirilən prezident seçkisini qazanmış İlham Əliyev deyib.

 

Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən konsert proqramına qatılan İlham Əliyev çıxışında seçicilərinə təşəkkür edib, president.az yazıb.

“Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi”, o deyib.

Saytların yığılması Saytlarin yigilmasi


İlham Əliyev növbədənkənar prezident seçkilərinin “açıq, şəffaf, ədalətli şəkildə” baş tutduğunu deyib.
İlham Əliyev növbədənkənar prezident seçkilərinin “açıq, şəffaf, ədalətli şəkildə” baş tutduğunu deyib.

“Dünən keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, Azərbaycan demokratiya yolu ilə uğurla gedir”, o bildirib.

Əli Kərimli: “Ölkədəki hazırkı vəziyyət bizim səhvlərimizin nəticəsi deyil”
ATƏT-in Seçki Missiyası: “Seçkilər həqiqi rəqabətin olmadığı şəraitdə keçirilib”
İlham Əliyev bundan sonra ölkənin uğurla inkişaf edəcəyinə, Azərbaycan xalqının sabitlik, təhlükəsizlik şəraitində yaşayacağına əmin olduğunu da qeyd edib.

Prezident seçkiləri bu ilin oktyabr ayında baş tutmalı idi, lakin ölkə prezidenti İlham Əliyevin qərarilə aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.


İlham Əliyevin xanımı Mehriban Əliyeva və qızları
Hakimiyyət erkən seçki qərarını ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah etmişdi.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkinin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edib.

Aprelin 11-də keçirilən prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyev 86 faiz səslə qalib elan olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button