2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev niyə tələsir?

AXCP sədri Əli Kərimli facebook səhifəsində hakimiyyətin Referendumla bağlı tələskənliyinə aydınlıq gətirib. Əli Kərimli yazır:

“Görürsünüz İlham Əliyev necə tələsir? Referendumu mümkün olan ən tez vaxta – 26 sentyabra təyin etdi. Hazırlıq işləri əsasən avqustda gedəcək. Belə bir mühüm tədbir üçün niyə yay ayları seçilir? Əvvəla, çalışırlar ki, insanlar bu prosesdə az iştirak etsin. Bilirlər ki, hazırda istilərlə bağlı əhalinin hərəsi bir tərəfə dağılıb. Sentyabrda Bakıya qayıdanda artıq fakt qarşısında qalacaqlar ki, referendum qapının ağzındadır. İkincisi, iqtisadi böhran hər gün dərinləşir. Qiymətlər demək olar ki, hər gün qalxır, manat hər gün dəyərini bir az da itirir. Xalq hələ nə qədər ki, əsəbiləşməyib, tələsik referendumu keçirmək istəyirlər. Bir halda ki, öz anti-xalq layihələrini xalq “yay tətilindəykən” həyata keçirmək istəyirlər, gərək biz də aldanmayaq, istilərdən qorxmayaq, taleyimizə sahib çıxmaq üçün nəhayət, toparlanaq”!

 

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button