2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İlham Əliyev Qazaxıstan prezidentini təbrik edib

“Əminəm ki, bizim qarşılıqlı dəstək və etimada əsaslanan tərəfdaşlığımız gələcəkdə də dərin tarixi köklərlə bir-birinə bağlı olan xalqlarımızın rifahına xidmət edəcək”.

“inform.kz” saytı xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan prezidenti Nursultan Nazarbayevə ad günü münasibətilə göndərdiyi təbrik teleqramında deyilir.

Dövlət başçısı bildirib ki, Qazaxıstan Nursultan Nazarbayevin rəhbərliyi altında siyasi, sosial-iqtisadi və mədəni inkişaf yolunda inamla addımlayır: “Gündən-günə ölkənizin nüfuzu artır. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin bugünkü inkişafı və nailiyyətlərində Sizin xidmətiniz böyükdür. Əminəm ki, bizim qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız gələcəkdə də dərin tarixi köklərlə bir-birinə bağlı olan xalqlarımızın rifahına xidmət edəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan prezidenti Qazaxıstan dövlət başçısı möhkəm can sağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar arzulayıb. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button