2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

“İlham Əliyev reallıq hissini itirib”

Əli Kərimli: “Ölkədə sosial-iqtisadi vəziyyət iflasa uğrayıb; Əliyev sosial-iqtisadi məsələləyə aid olmayan hər şeydən danışıb”

Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Toplantıda İ.Əliyev indi yürüdülən siyasətin alternativsizliyi, Dağlıq Qarabağ problemi, seçki prosesi və s. barədə fikirlər səsləndirib. AXCP sədri Əli Kərimli Meydan TV-yə açıqlamasında ölkə başçısının dediklərinə münasibət bildirib.

Əli Kərimli bildirib ki, Naizrlər Kabinetinin toplantısı ilin 9 ayının sosial-iqtisadi inkişaf yekunlarına həsr olunsa da, Əliyev çıxışında bu məsələyə iki abzasda toxunub: “Həmin fikirlər də təhrif olunmuş məlumatlara əsaslanıb. Bütövlükdə İlham Əliyev sosial-iqtisadi vəziyyət haqqında susub. Ölkədə sosial-iqtisadi vəziyyət iflasa uğrayıb – bu, onun etirafıdır. Əliyev sosial-iqtisadi məsələləyə aid olmayan hər şeydən danışıb – Azərbaycanın pulla xarici ölkələrdən gətizdirdiyi idmançıların nailiyyətlərindən başlamış ənənəvi olaraq Dağlıq Qarabağ məsələsində Bakının mövqeyini müdafiə edən Beynəlxalq İslam Konfransının Qarabağla bağlı qərarlarına və aprel döyüşlıərində şücaət göstərən mərd igidləriməzə qədər hər şeydən danışıb. Amma sosial-iqtisadi mövzunu arxa plana keçirdib. Çünki danışacaq bir sözü yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Əli Kərimli hesab edir ki, dövlət başçısı referendumla bağlı olduqca absurd fikirlər səsləndirib: “Ümumiyyətlə, Əliyevin seçkilər barədə dedikləri həqiqətlə uyğun olmayan fikirlərlə zəngindir. Təkcə referendum haqda dedikləri çıxışın müəllifinin həqiqətə münasibətini ortaya qoyur. Azərbaycandakı seçkiləri hətta demokratiyanın beşiyi olan ölkələr üçün də nümunə kimi təqdim etmək, “gəlsinlər bizim təcrübəmizi öyrənsilər” sözünü heç bir sarkazmsız, gülüş məqsədi olmadan səsləndirmək onu göstərir ki, bunu deyən adam reallıq hissini itirib. Bütün dünya Azərbaycan seçki institutunun məhv edildiyini, xalqın bu seçkiyə heç marağının və etibarının olmadığını bilir. Yalnız bir qrup büdcə təşkilatlarında çalışan insanlar məcburiyyətdən bu imitasiyanı yaradıblar və dövlət başçısı özünə icazə verir ki, həqiqətə uyğun olmayan fikirlər səsləndirsin. Və çalışır ki, dünyadakı durumu qaranlıq göstərməklə Azərbaycan xalqını indiki vəziyyətinə şükür etməyə razı salsın. Çıxışın “ana xətti” bundan ibarətdir ki, bütün dünya dağılır, Avropada miqrant böhranı var, Avropa böhran işindədir. Hardadır böhran? Bir dövlət göstərsinlər ki, iki ildə büdcəsi 2,5 dəfə kiçilib. Hətta neftdən asılı olan Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə də belə kiçilmə yoxdur. 2 il ərzində ölkənin Ümumi Daxili Məhsulu iki dəfəyə qədər azalıb. Azərbaycan yalnız Venesualayla müqayisə oluna bilər, orda insnalar artıq dükanlara hücum edir, yaxın günlərdə də hakimiyyət dəyişikliyi güman ki, olacaq. Avropanı qaralamaqdandan ötrü miqrant böhranını Qərbin üzərinə atmaq nə dərəcədə ədalətlidir? Məgər Suriyanı indiki xaraba günə Azərbaycan hakimiyyətinin dostu olan, hər zaman himayə etdiyi Əsəd rejiminin qoyduğu aydın deyil?! Avropa milyonlarla insana özünün ərazisində imkan yaradıb, Almaniyanın kansleri Merkel öz karyerası bahasına milyonlarla suriyalı qaçqını ölkəsinə yerləşdirib və bu gün onun hakimiyyətdə qalıb-qalmaması sual altındadır. Yalnız ona görə ki, gələn qaçqınlara şərait yaradıb. Söhbət milyonlarla insandan gedir, kim edə bilər bunu?! Avropanı kim islamafobiyada ittiham edir, Nardaran hadisələrini bəhanə gətirib Müsəlman Birliyi Hərəkatının 80 fəalına uydurma ittiiham irəli sürdürüb onlara dəhşətli işgıncələr verən rejim. Hansı haqla? Əliyev çıxışını xalqın məlumatsızlığı üzərində qurub. Amma Azərbaycan xalqı dünyada çoxlu sayda xoşbəxt yaşayan, öz hakimiyyəytlərindən məsuliyyət tələb edən və onları dəyişə bilən, rifah işində yaşayan xalqların olduğunu bilir. Hakimiyyət bizi bugünümüzə şükür etməyə məcbur edir. Guya, bütün dünya batır, hər yerdə faciə var, yalnız Azərbaycan sabitliyin adasıdır. Alınmayacaq. Belə həqiqətə uyğun olmayan məlumatları xalqa inandırmaq olmaz”.

Əli Kərimli hesab edir ki, İlham Əliyev demokratik yolla seçilməsə də, dövlətin təminatçı kimi Dağlıq Qarabağla bağlı qapalı danışıqlarda hansı güclər tərəfindən təzyiqlərə məruz qaldığını açıqlamaldır: “AXCP və Milli Şura həmin təzyiqlərin qarşısında dayanmağa hazırdır. Heç kim Azərbaycana “Qarabağın müstəqilliyini tanıyın” tələbini irəli sürə bilməz. Belə olarsa, Azərbaycan xalqını qarşısında görəcək. Bu, yalnız İlham Əliyevin yox, millətin məsələsidir. Hesab edirəm ki, bu təzyiqi göstərənlər Azərbaycan xalqına təqdim olunmalıdırlar və xalq da həmin ünvanlara öz təpkisini göstərməlidir. Əliyevin “beşinci kalon” ifadəsinə gəlincə, hökumətin yarısı başqa ölkələrin ordenlərini sinələrində gəzdirən məmurlardan ibarətdir. Amma öz aləmlərində müxalifəti hansısa Qərb ölkələrinə bağlamaq istəyirlər. Bunlar əsassızdır. Məgər, Azərbaycan xalqı görmür ki, biz Azərbaycanın Qarabağdan bir addımdan da geri çəkilməsinə razı olan qüvvə deyilik. AXCP minlərlə şəhid vermiş qüvvədir, YAP deyilik ki, Qarabağ məsələsinə bu qədər soyuq baxaq. Bəyəm, İlham Əliyev deyil Madrid prinsiplərinə razılıq verən? Həmin Madrid prinsiplərində nəzərdə tutulmayıbmı ki, bölgənin taleyi Qarabağda yaşayan insanların rəy sorğusuyla müəyyənləşsin? Güzəştə gedən Əliyev hakimiyyətidir və buna görə ondan məsuliyyət tələb edən bizik. Hər kəs bilməlidir ki, müxalifət nəinki hakimiyyətin Qarabağ məsələsində güzəştə getməsini kiminsə istəyiylə istəyə bilər, əksinə, tam açıq və birmənalı məsuliyytlə bəyan edirəm: İlham Əliyev hakimiyyəti nə zamansa Qarabağın Azərbaycandan ayrılmasına razılıq verməyə cəsarət edərsə, o zaman bizi bütün mənalarda qarşısında görəcək. Biz Qarabağın Azərbaycandan ayrılmaması üçün hər cür mübarizə formalarına hazır olan siyasi qüvvəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button