2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev Rusiyanın Qarabağla bağlı səylərini yüksək qiymətləndirir

“Biz tarixi baxımdan qısa zaman kəsiyində həm ortaq keçmişimizin müsbət nəticələrini qoruyub saxlamağa və çoxaltmağa, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çatmasına nail olmuşuq”.

Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinə Azərbaycan-Rusiya diplomatik münasibətlərinin 25-ci ildönümü ilə əlaqədar təbrik məktubunda belə yazılır.

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyev məktubunda 25 illik yubileyin iki ölkənin keçdiyi yola nəzər salmaq, görülmüş işlərə yekun vurmaq və gələcəklə bağlı planlar qurmaqdan ötrü yaxşı fürsət olduğunu vurğulayıb.

“Dövlətlərimizin münasibətləri bir-birimizin maraqlarına qarşılıqlı hörmətə, bərabərhüquqluluğa, iki ölkənin xalqları arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan strateji tərəfdaşlıq xarakteri daşıyır ”, məktubda qeyd edilir.

İlham Əliyev dostluq və qonşuluq münasibətlərinin möhkəmlənməsində humanitar əlaqələrin xüsusi rol oynadığını, Azərbaycanda rus dilinə olduqca qayğıkeş münasibət bəsləndiyini, ortaq mədəni və tarixi irsin qorunduğunu ifadə edib.

Məktubda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsindən ötrü Rusiyanın səyləri də yüksək qiymətləndirilib.

İlham Əliyev Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin bundan sonra da xalqların mənafeyinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan XX əsrdə ikinci dəfə, 1991-ci ildə müstəqilliyini qazanıb. 1992-ci ildə Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub.

Azərbaycan müxalifəti isə Qarabağ münaqişəsində Rusiyanın səylərini heç də yüksək qiymətləndirmirlər. Onlar deyirlər ki, Rusiya bu münaqişənin həllini istəmir, bundan istifadə edərək həm Azərbaycana, həm də Ermənistana təzyiqlər edir. Üstəlik, Azərbaycan müxalifətinin fikrincə, Ermənistan məhz Rusiyanın dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button