2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev: Şərtlərimiz yerinə yetirilməlidir ki, müqavilənin müddəti daha da uzadılsın

İlham Şaban: ””Qızıl orta” tapılmalıdır”

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 1-də prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş  Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında iştirak edib. Ali Neft Məktəbi SOCAR-ın nəzdində fəaliyyət göstərir.

Bakı Ali Neft Məktəbinin şəhərciyinin inşasına 2012-ci ilin aprel ayında başlanılıb. Şəhərciyin ümumi ərazisi 7 hektardır. Bunun 47 min kvadratmetri ümumi tikinti sahəsi, 42 min kvadratmetri isə əsas korpusun sahəsidir. Şəhərcikdə əsas korpus, 400 çarpayılıq yataqxana, fitnes mərkəzi, 1000 yerlik süni örtüklü stadion var.

Bu barədə məlumatı prezident.az yayıb.

 

“Yaxın gələcəkdə xaricdən də buraya çox böyük axın başlayacaq”

Dövlət başçısı Bakı Ali Neft Məktəbinin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşü zamanı xatırladıb ki, məktəb artıq 6 ildir fəaliyyət göstərir. Burada təhsilin səviyyəsi ən yüksək standartlara cavab verəcək. Məktəbdə müəllim kimi işləyən gənc mütəxəssislərin olması sevindiricidir:

“Azərbaycan son 10 ildə qara qızılı insan kapitalına çevirdi. Bunu da etdik və insan kapitalının əsas mənbəyi təhsildir. Son illər ərzində Azərbaycanda 3 mindən çox məktəb təmir olundu, tikildi. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bundan yuxarı nəticə ola bilməz. Bizim ali məktəblərimizdə tədris prosesi təkmilləşir. Biz vaxtilə gənclərimizi xaricə göndərirdik. Mənim təşəbbüsümlə minlərlə gənc Dövlət Neft Fondunun xətti ilə xaricə göndərildi. Həmçinin SOCAR da bu layihəyə qoşularaq gəncləri xaricə göndərdi. Biz bu məqsədlər üçün bəlkə də 100 milyonlarla dollar vəsait xərclədik. Yəni, bu, insan kapitalına qoyulan vəsaitdir. Ancaq sonra mən dedim ki, əlbəttə, bu proses davam etdirilməlidir. Eyni zamanda, biz Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bax, bu gün biz bunu görürük. Bu məktəbdə həm Azərbaycan gəncləri oxuyur və yüksək biliklərə nail olur, eyni zamanda, tam əminəm ki, yaxın gələcəkdə xaricdən də buraya çox böyük axın başlayacaq. Çünki burada yaradılmış şərait inanmıram ki, hər hansı bir başqa yerdə olsun”.

 

 “Azərbaycan iqtisadiyyatının əsas təkanverici qüvvəsi qeyri-neft iqtisadiyyatıdır”

Prezident Azərbaycanın qara qızılı insan kapitalına sərmayə kimi qoyulduğunu deyib:

“Mən hələ 2003-cü ildə demişdim ki, neft bizim üçün məqsəd deyil, vasitədir. Biz neftin hesabına ölkəmizi gücləndirməliyik, inkişaf etdirməliyik, neftdən əldə olunan gəliri insan kapitalına sərmayə kimi qoymalıyıq. Uğurlu neft siyasəti bu gün bütün sahələrə öz müsbət təsirini göstərib, o cümlədən təhsil sahəsinə. Son illər ərzində ölkəmizdə yaradılmış yeni təhsil müəssisələri bu gün məhz bunun hesabına fəaliyyət göstərir. İnvestisiya, maddi imkanımız olmasa idi, istəyimiz olsa belə, bütün bu işləri görmək çətin ola bilərdi. Biz neftdən əldə olunan gəlirlərdən çox səmərəli şəkildə istifadə etdik. Son illərin statistikasına nəzər salsaq görərik ki, bu gün Azərbaycan iqtisadiyyatının əsas təkanverici qüvvəsi qeyri-neft iqtisadiyyatıdır. “Əsrin müqaviləsi” artıq 20 ildən çoxdur ki, icra edilir. Biz bütün bu nailiyyətlərə “Əsrin müqaviləsi”nın nəticəsində çata bilmişik. Bu gün isə XXI əsrin müqaviləsi – “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan bu nəhəng, meqalayihənin icrasında liderlik rolunu oynayır. İcra olunan Cənub Qaz Dəhlizi Avropada ən böyük infrastruktur layihəsidir, 40 milyard dollar səviyyəsində sərmayə qoyuluşu nəzərdə tutulur. Bütün işlər qrafik üzrə gedir. Əminəm ki, gələn il biz bu layihənin ən önəmli hissəsi olan “Şahdəniz-2” və TANAP layihələrinin icrasına nail olacağıq. Ümid edirəm ki, layihənin qalan bütün seqmentləri də vaxtında icra ediləcək”.

“Azərbaycan xalqı “Əsrin müqaviləsinin”nın əhəmiyyətini görür”

İ.Əliyevin sözlərinə görə, 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan layihəsi bundan sonra qaz layihələrinin icrasına gətirib çıxarıb.

“Əgər 1994-cü ildə mütəxəssislərimizin say nisbəti təqribən 5-10 faiz idisə, bu gün bu, 90 faizə çatıb və bütün ən çətin, ən mürəkkəb texnoloji proseslərdə bizim mütəxəssislərimiz iştirak edirlər. Ona görə “Əsrin müqaviləsi”nin əhəmiyyətini artıq Azərbaycan xalqı görür. Əgər o vaxt bu müqavilə imzalanmasaydı, Azərbaycana heç kim investisiya qoymazdı, biz nəhəng neft infrastrukturu yarada bilməzdik. Bu yaxınlarda inşasına başladığımız böyük neft qazma qurğusu artıq hazırdır, yaxın vaxtlarda istifadəyə veriləcək. Oraya qoyulan sərmayənin həcmi 1 milyard dollardan çoxdur. Neft-qaz əməliyyatları üçün lazım olan bütün dayaq blokları, platformaların üst hissələri Azərbaycanda istehsal edilir. Onminlərlə insan bu işlərə cəlb olunur, yaxşı maaş alır, öz peşəkarlığını nümayiş etdirir. Mən bu gün SOCAR-ın fəaliyyətini qeyd etmək istəyirəm. Həm ölkə daxilində xarici tərəfdaşlarla icra edilən layihələrdə, eyni zamanda, xaricdə böyük sərmayə qoyurlar. Türkiyədə təqribən 20 milyard dollara yaxın sərmayə qoyulur. Azərbaycanda polimer, azot gübrələri, neftayırma zavodları, özəlləşdirmə və digər layihələr artıq SOCAR-ı dünyamiqyaslı enerji şirkətinə çeviribdir”.

“Şərtlərimiz yerinə yetirilməlidir ki, müqavilənin müddəti daha da uzadılsın”

Dövlət başçısı deyib ki, “Əsrin müqaviləsi” bu gün də ölkəyə xeyir gətirir:

“İndi SOCAR-la tərəfdaşlar arasında danışıqlar gedir ki, bu müqavilənin müddəti uzadılsın və mən buna müsbət baxıram. Əlbəttə, bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, müqavilənin müddəti daha da uzadılsın”.

 “Ceyms Bondun  filmlərindən biri burada çəkilib”

 

foto prezident.az
foto prezident.az.

O, məktəbin ərazisilə bağlı deyib ki, buranın yeri də çox böyük rəmzi məna daşıyır:

“10 il bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki, onilliklər ərzində çirklənmiş Bibiheybət ərazisini, buruqların ətrafını təmizləsinlər, neft gölməçələrini qurutsunlar, bu zonada böyük yaşıllıq zolaqları salınsın və onlar bu işlərə başladılar. Bu yerlərin foto və videogörüntüləri əlbəttə ki, vaxtilə müxtəlif dərgilərdə, jurnallarda, qəzetlərdə dərc edilmişdi. Hətta məşhur Ceyms Bondun filmlərindən biri də burada çəkilib. Əgər o filmə baxsanız görərsiniz ki, buradakı mənzərə nə gündə idi. Bura ekoloji fəlakət zonası idi. Ancaq bu gün bura şəhərimizin ən abad yerlərindən biridir”.

“Söhbət uzunmüddətli əməkdaşlıqdan gedirsə, “qızıl orta” tapılmalıdır”

Neft sahəsi müətəxəssis İlham Şaban prezidentin “bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, müqavilənin müddəti daha da uzadılsın” fikirlərini Meydan TV-yə şərh edərkən xatırladıb ki, SOCAR-la bp və tərəfdaşları arasında 23 dekabr 2016-cı ildə “Azəri-Çıraq-Günəşli” yataqları üzrə memorandum imzalanıb:

“Sənəd göstərir ki, “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilə qədər işlənməsinə dair razılaşıblar. Bunun ardınca kommersiya prinsiplərini razılaşdırıb yeni hasilatın pay bölgüsünü sazişini imzalamalıydılar. Hasilatın pay bölgüsü sazişi imzalanarkən 1994-cü ilin “Əsrin müqaviləsi”  avtomatik olaraq hüquqi qüvvəsini itirir.

İ.Şaban deyib ki, 2017-ci ildə saziş imzalanacaqsa, “Əsrin müqaviləsi”ndən fərqli olaraq 33 il qüvvədə qalacaq. “Əsrin müqaviləsi” 30 il yox, 22 ildən bir az artıq qüvvədə oldu.

Ekspert “Azərbaycan tərəfi nəyə görə bu sazişi imzalamağa gedir” sualına belə cavab verib:

“Məsələ ondadır ki, “Azəri-Çıraq-Günəşli” yatağında 1 milyard ton neft ehtiyatının olması güman olunur. Cari ilin 1 aprel tarixinə 423  milyon ton çıxarılıb. Deməli, 60 faizə yaxın çıxarıla biləcək ehtiyat qalır. Ancaq bu yatağın 2010-cu ildən sonra fontan yoluyla çıxarılma dövrü bitdiyindən ehtiyatları çıxartmaq üçün texniki üsullardan istfadə edilir, su və qaz quyuları qazılıb laylara vurulur ki, neft çıxarılsın. Artıq 20 ildir bu yataq intensiv istismardadır, 33 il də istismarda olsa, 53 illik dövr edir. Dünyada 50 illik ömrü olan çox az neft yataqları var. Ancaq yataq nə qədər yaşlaşırsa, neftin çıxarılması əlavə xərc tələb edir. İkinci də neftin geoloji və texniki baxımdan çıxarılması da çətinləşir, əlavə investisiyalara ehtiyac yaranır. Ona görə rəsmi Bakı maraqlıdır ki, kommersiya tərəfi sərfəli olduğu üçün bundan sonra da davam etdirilsin. Bp və tərəfdaşları da bunun öhdəsindən gəliblər. Xarici şirkətlər də bundan sonra Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar. Sadəcə, onlar layihənin uzadılaraq davam etdirilməsində maraqlıdırlarsa, Azərbaycan bunu yeni pay bölgüsü hasilatın sazişi kimi gündəmə gətirib. Prezident “bizim şərtlər müqabilində” deyəndə bu amili nəzərdə tutur. Çünki müqavilə uzadılsaydı, imzalanmış sənədin şərtləri davam etməliydi. Amma 1994-cü ildəki Azərbaycanla indiki Azərbaycan müqayisə edilməzdir. O zaman ölkədəki mənzərə xarici şirkətlərin şərtlərinin diktəsinə uyğun idi. Həm infrastruktur, həm mütəxəssislərin hazırlanması, həm sabitlik baxımından. Xarici şirkətlər 1994-cü ildə Azərbaycana gələndə min faizə yaxın inflyasiya vardı, bir normal mehmanxana yox idi, Çeçenistanda müharibə gedirdi. İndi isə üç tərəfə ixrac kəmərləri işlənir, 38 milyard dollar valyuta var, bütün bunlar şərtlərin, oyun qaydalarının dəyişməsi deməkdir. Təbii ki, xarici şirkətlər fərqli situasiya istəyərdilər. Əlbəttə ki, SOCAR və xarici şirkətlər “yorğanı” öz tərəfinə çəkən deyillər, söhbət uzunmüddətli əməkdaşlıqdan gedirsə, “qızıl orta” tapılmalıdır. Güman ki, tərəflər ortaq məxrəc tapıblar və yaxınlarda saziş imzalanacaq”.

 

 “Qeyri-neft iqtisadiyyatı neft-qaz sektorunun yanında yarı səviyyədə belə deyil”

İlham Şaban foto Meydan TV
İlham Şaban foto Meydan TV.

Ekspert ölkə başçısının “Azərbaycan iqtisadiyyatının əsas təkanverici qüvvəsi qeyri-neft iqtisadiyyatıdır” fikirini bölüşmür:

“Qeyri-neft iqtisadiyyatı Azərbaycan iqtisadiyyatının nə lokomotividir,  nə hərəkətverici qüvvəsidir, nə də aparıcısı. Qeyri-neft iqtisadiyyatını kapitala çevirəndə onun neft-qaz sektorunun yanında yarı səviyyədə olmadığı aşkarlanır. Bu gün qeyri-neft sektoru 1,5 milyard səviyyəsində deyil, ancaq ötən il neftin 43 dollar qiymətində yalnız “Azəri-Çıraq-Günəşli” layihəsi 5,1 milyard dollar sırf mənfəət gətirib, söhbət gəlirdən yox, mənfəətdən gedir, fərq açıq görünür”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button