2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

İlham Əliyev Samir Şərifova möhlət verib – böyük bəlanın sirri

Maliyyə naziri Samir Şərifovun vəzifədə qalması üçün yeni sınaq müddətinin başlandığı iddia olunur.
Beynəlxalq Bank işində “quyruğu qapı arasında” qalmış nazirin başı üzərindən yenicə təhlükə sovuşmuşdu ki, buu dəfə yaman yerdə axşamlayıb.
24saat.org-a verilən məlumata görə, Cahangir Hacıyev həngaməsindən güclə yaxasını qurtarmış Samir Şərifov Yasamalda “Böyük plaza”nın tikintisinin bəlasına düşüb.
Nazirə aid olduğu deyilən tikintinin prezidentin əmri ilə saxladılması və işin üstünün açılması ciddi şəkildə narahatlıq doğurub.
Prezident İlham Əliyev yaşıllıqları məhv edən tikinti şirkətinin inşasını dayandırıb və arxasından maliyyə nazirinin çıxdığı məlum olub.
Ölkə başçısı yanında etimadını itirmiş, maliyyə xəyanəti və ABB işində aciz vəziyyətdə qalmış nazir bir müddət media emissarları hesabına özünü mühafizə etməyə çalışdı.
S.Şərifov barəsində mətbuatda gedən yazılar dayandı, elə ki, təhlükə sovuşdu, media ilə əlaqələr də kəsildi. Amma mənbəmiz iddia edir ki, maliyyə naziri üçün böyük bəlaya çevrilməyə başlayan “Böyük plaza” işi heç də asanlıqla unudulmayacaq.
Ölkə başçısının diqqət mərkəzində olan bu məsələ S.Şərifovun işini çətinləşdirib. Nazir tikintini davam etdirə bilməyəcək. Eyni zamanda prezidentin ona möhlət verdiyi və nöqsanları aradan qaldırmağı tələb etdiyi bildirilir.
Hakimiyyət düşərgəsində birmənalı qarşılanmayan S.Şərifovun vəzifədən getməsini istəyən iqtidardaxili qüvvələr də var. Bu situasiyada onların yenidən fəallaşması gözləniləndir.
24saat.org-a verilən məlumata görə, maliyyə naziri Samir Şərifovun prezident İlham Əliyevə siyasi xəyanətinin deşifrə olunması onu küncə sıxışdırıb.
İqtidardakı dayaqlarını və etimadını itirmiş nazir media emissarlarının hesabına bu məsələni gündəmdən çıxarmağa çalışırdı.
Maliyyə naziri bir vaxtlar Qərbin çiyinlərində hakimiyyətdə yüksəlişinə inanırdı. Onun məxfi agentliyi barəsində hakim dairələrə sızan kəşfiyyat məlumatından sonra S.Şərifov “zərərsizləşdirildi”.
O, F.Əliyev kimi “narıncı inqilab” ideyasını davam etdirmək niyyətində idi. Lakin hakimiyyətin siyasi təcrübəsi və beynəlxalq arenadakı əlaqələri S.Şərifovun arzularını qursağında qoydu.
Nazirin üç ölkənin agenti kimi ifşa olunmasına baxmayaraq, əslində, maliyyə şefi daha çox Qərb dairələrinə meylli idi. Onun siyasi dosyesinin indinin özündə də İ.Əliyevin masası üstündə olduğu xəbər verilir. Ölkə rəhbərliyi hələ də maliyyə nazirinə güvənmir.
Manatın devalvasiyası, bank sektorunun çöküşü və maliyyə sabitliyinin pozulmasında nazirin məsuliyyəti olsa da, ona bu problemlərə görə o dərəcədə də qəzəb yoxdur. S.Şərifova qəzəbin səbəbi məhz Qərb dairələrində apardığı gizli danışıqlardır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button