2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İlham Əliyev Soçiyə gedib

Oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə səfər edib.

Saytların yığılması Saytlarin yigilmasi

Səfər Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə gerçəkləşib.

Prezident İ.Əliyevin bu səfər çərçivəsində Rusiya Prezidenti V.Putin və Ermənistan Baş naziri N.Paşinyanla görüşü nəzərdə tutulur.

Kremlin məlumatına görə, danışıqlarda ötən il Moskvanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların necə yerinə yetirilməsinə diqqət ayrılacaq.

Putin hər iki liderlə ayrı-ayrılıqda da danışıqlar aparacaq.

Ermənistanın Baş naziri N.Paşinyan Soçi danışıqlarından öncə deyib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin mandatının 20 ilədək uzadılmasına hazırdır.

“Sülhməramlıların mandatını 10, 15, 20 il uzatmağa dair sənədi Soçidə imzalamağa hazıram”, –Paşinyan oktyabrın 29-da bildirib.

Ötən ay iki ölkə arasında sərhəd toqquşmalarında 286 hərbçi öldürülüb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bununla belə, ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin sonuncu görüşü də oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Yelisey Sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: “Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib…”.

Artıq həmin missiyanın fəaliyyətə başladığı bildirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button