2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İlham Əliyev və xanımı cəbhə bölgəsinə gedib

Mayın 1-də prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva erməni silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olublar.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gedib.

Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə ona məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident İlham Əliyev hərbi hissənin qərargahı, yeməkxanası və kazarması ilə tanış olub. O, hərbçilərlə görüşüb, fərqlənən döyüşçülərə hədiyyələr təqdim edib.

Sonra prezident və xanımı aprelin 27-dən 28-nə keçən gecə hərbi əməliyyatlar zamanı zərər çəkmiş Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində olublar.

Dövlət başçısı və xanımı Ağdam rayonunun Mahrızlı kəndinə də baş çəkib, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb, söhbət ediblər.

Prezident həmin evlərin tezliklə bərpa olunması ilə bağlı tapşırıq verib.

Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yolanıblar. Orada Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hət iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər hələ də bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Azərbaycan aprelin son günlərində erməni qüvvələrinin top atəşləri nəticəsində Ağdam, Tərtər və Ağcabədidə onlarla evin dağıldığını bildirir. Qarşı tərəf də Azərbaycanı atəşkəsi pozmaqda ittiham edir.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs imzalanıb sülh danışıqları başlasa da hələlik tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button