2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

‘İlham Əliyev, xalq səni sevmir’ yazan inanclı fəal məhkəmə qarşısında

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Razi Hümbətov deyir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dözülməz işgəncələrə məruz qalıb. Elə o işgəncələr altında da özünə heç bir aidiyyəti olmayan narkotiklə bağlı etiraf ifadəsini imzalamağa məcbur olub. İnanclı fəal oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə danışıb.

Bu məhkəmədə onun işi üzrə araşdırmalar başlayıb. Hümbətov CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham olunur.

Baxış iki saat sonra “bandotdel”də keçirilib

Vəkili Cavad Cavadov isə onun təqsirsiz olduğunu bildirib və müvəkkili haqqında cinayət işinə xitam verilməsi məsələsini qaldırıb: “Hüquqlarını müdafiə etdiyim şəxs özü də bildirir ki, narkotikin ona aidiyyəti yoxdur. Cinayət işinin materiallarından da görünür ki, onun üzərinə baxış saxlanılanda yox, iki saat sonra “bandotdel”də keçirilib. Bu isə ciddi qanun pozuntusudur”.

Saytların yığılması Saytlarin yigilmasi

Təqsirləndirilən şəxs deyir ki, idarədə narkotiki polislər qoyub və işgəncə altında ona dindirmə protokoluna imza atdırıblar.

Məhkəmə bu vəsatəti təmin etməyib.

Hümbətovun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması haqda vəsatət də rədd olunub.

Bu işlə bağlı məhkəmə baxışı oktyabrın 21-nə təyin olunub.

Xatırlatma

Razi Hümbətov iyulun 7-də saxlanılıb. Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, yaşadığı Ceyranbatan qəsəbəsində beş-altı mülkigeyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Onun BMCMİ-də saxlandığını iyulun 9-da biliblər.

Müsəlman Birliyi Hərəkatı Hümbətovun həbsi ilə bağlı yaydığı bəyanatda onun narkotikdən uzaq biri olduğunu, əksinə, bu problemə qarşı aktiv mübarizə apardığını vurğulayıb. Təşkilat inanclı fəalın həbsini onun sosial şəbəkələrdəki paylaşımları ilə əlaqələndirir. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında “İlham Əliyev, xalq səni sevmir” yazmışdı.

Hümbətovun ittiham olunduğu CM-in 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button