2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyev yeni yolda maşın sürdü

Azərbaycan prezidenti İlham Əliyev mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib.

24saat.org xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib.

Sözügedən tunelin inşasında məqsəd günün pik saatlarında metronun “Koroğlu” stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Bu layihənin icrası burada yarana biləcək tıxacların qarşısının alınmasında mühüm rol oynayır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri Böyük Şor yol qovşağına daxil olmadan, həmçinin metronun “Koroğlu” stansiyasının qarşısından keçmədən yeni avtomobil tuneli ilə Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionunun arxa hissəsində salınan yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcək.

Dövlət başçısına məlumat verilib ki, yollarda tıxacların azaldılması məqsədilə layihə çərçivəsində Heydər Əliyev prospektində – Sabunçu yol qovşağından Böyük Şor yol qovşağınadək olan hissədə təmir-tikinti işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan yolun bu hissəsinin uzunluğu 2,1 kilometr, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button