2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyevi məhkəməyə verən şəhid oğlu partiyadan qovuldu

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclis üzvü Elşən Əlisoy təşkilatdan xaric edilib.

24saat.org saytı xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda bildirilir ki, Elşən Əlisoyun partiyadan xaric edilməsinin səbəbi onun prezident İlham Əliyevi məhkəməyə verməsilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Kəlbəcər rayonundan məcburi köçkün olan Elşən Əlisoyun atası Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə şəhid olub. Elşən Əlisoy prezidenti “Şəhid ailələri haqqında” Qanunu icra etmədiyinə görə məhkəməyə verib.

Məlumatda iddia olunur ki, KXCP özünü müxalif partiya elan etsə də, Elşən Əlisoyun bu addımı təşkilatın rəhbərliyində narahatlığa səbəb olub və onun partiyadan çıxarılması qərara alınıb. Ağsu rayon şöbəsinin üzvü olan Elşən Əlisoy şöbənin qərarı ilə partiyadan xaric olunub.

Partiya fəalı bu barədə təşkilatın sədri Mirmahmud Mirəlioğluya şikayət edib və məsələnin Ali Məclisdə müzakirəyə çıxarılmasını istəyib. Lakin bəlli olub ki, partiyanın sədri şöbənin qərarını dəstəkləyir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button