2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

İlham Əliyevi məhkəməyə verən ŞƏHİD OĞLU partiyadan qovuldu

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclis üzvü Elşən Əlisoy təşkilatdan xaric edilib.

24saat.org saytı xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda bildirilir ki, Elşən Əlisoyun partiyadan xaric edilməsinin səbəbi onun prezident İlham Əliyevi məhkəməyə verməsilə bağlıdır.

Kəlbəcər rayonundan məcburi köçkün olan Elşən Əlisoyun atası Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə şəhid olub. Elşən Əlisoy prezidenti “Şəhid ailələri haqqında” Qanunu icra etmədiyinə görə məhkəməyə verib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda iddia olunur ki, KXCP özünü müxalif partiya elan etsə də, Elşən Əlisoyun bu addımı təşkilatın rəhbərliyində narahatlığa səbəb olub və onun partiyadan çıxarılması qərara alınıb. Ağsu rayon şöbəsinin üzvü olan Elşən Əlisoy şöbənin qərarı ilə partiyadan xaric olunub.

Partiya fəalı bu barədə təşkilatın sədri Mirmahmud Mirəlioğluya şikayət edib və məsələnin Ali Məclisdə müzakirəyə çıxarılmasını istəyib. Lakin bəlli olub ki, partiyanın sədri şöbənin qərarını dəstəkləyir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Şərh

  1. Ali Meclisin üzvünü rayon meclisi partiyadan xaric ede bilmez ve ümumiyyetle bele bir kobud hereket ede bilmez. Ali Meclisin üzvünü partiya üzvülüynden ancaq Ali Meclis çıxara biler. Buda nece olmalıdır. Meselen; eger partiyanın Ali Meclisin üzvü hansısa kobut sehv edibse ve yaxuda edirse rayon meclisi yığılır hemin adam haqda pratakol terkib edilir ve prtakolda hemin adamın etditi kobud sehvler bir – bir yazılır ve bir başa partiyanın sedrine gönderilir, partiyanın sedri pratkolla tanış ilandan sonra hemi pratakolu Ali Meclisin mzakiresine buraxır ve Ali Meclisde her iki teref dindirilir, her iki teref dindirildikden sonra, Ali Meclis işi Nezeret NTK – na gönderi ve NTK – sı tehtiqat aparır ve hansı terefin günahı varsa yeniden senedleri Ali Meclise teqdim edirler, Ali Meclisde araşdırma aparandan sonra sese qoyulur ve ses çoxlyğu ile hemin adam kimse partiya sıralarından qovulur, yadakı xaric olunur.
    Eger rayon Meclisi Ali Meclisin üzvünü partiya üzvülüyünden xaric edirse, demeli bu partiyanın nizamnamesinin kobud şekilde pozulması demekdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button