2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“İlham Əliyevin ərəb dövlətləri ilə yaxşı münasibəti Azərbaycanı terrordan xilas edir”

Zərdüşt Əlizadə: “Lakin bir gün bizi hədəf alsalar, vay bizim halımıza”

 

İŞİD və digər terrorçu təşkilatların Türkiyə və Avropada həyata keçirdiyi terraktlar bütün dünyada, o cümlədən ölkəmizdə ciddi narahatlıqla qarşılanmaqdadır. Bəzi millət vəkilləri və siyasilər hesab edir ki, oxşar terror aktlarının ölkəmizdə baş verməməsinə səbəb hüquq-mühafizə orqanlarının peşəkarlığıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, doğrudanmı ölkəmizdə terror olaylarının baş verməməsinə səbəb güc orqanlarının Türkiyə və Avropa dövlətlərindən daha yüksək hazırlıq səviyyəsində olmasıdır? Yoxsa Azərbaycanda bu cür terror olaylarının baş verməməsinə səbəb ölkəmizlə bağlı bu cür planların olmamasıdır?

24saat.org-a açıqlama verən politoloq Zərdüşt Əlizadə  bunun sadə bir səbəbinin mövcud olduğunu vurğuladı:

“Azərbaycanın hüquq-mühafizə orqanlarınıın hazrlıq səviyyəsi MTN-nin durumu ilə ölçülə bilər. MTN Eldar Mahmudov dönəmində nə idi? Bəs indi nədir? Məgər bunlar möcüzə yaradıb rüşvətə bulaşan bir qurumu 1-2 ilin içində yüksək hazırlıqlı tamam fərqli bir qurumamı çevirdilər? Mən buna inanmıram.

Radikal islamçı təşkilatların Azərbaycan hökuməti və dövlətinə qarşı hərəkətə keçməsinin qarşısını bizim hüquq-mühafizə orqanları deyil, sadəcə bizim prezidentin həmin təşkilatları maliyyələşdirən ərəb rejimləri ilə yaxşı münasibəti alır. Səudiyyə Ərəbistanın da, Qatarın da, Küveytin də, başqa əmirliklərin də İ.Əliyevlə münasibəti yaxşıdır. Ancaq əgər onlara daha güclü bir dövlətdən hər hansı əmr gəlsə və onlar hesab etslər ki, İ.Əliyevin onların yolunu kəsir, o zaman radikal islamçı təşkilatlara göstəriş verəcəklər. Onlar da Azərbaycanın canına daraşacaqlar.

Türkiyənin xüsusi xidmət orqnları Azərbaycanın xüsusi xidmət orqanından dəfələrlə güclüdür. Onlar daha mütəşəkkil və peşəkardır. Lakin onlar da bu terror aktlarının qarşısını ala bilmirlər. Bu baxımdan terrorçular Azərbaycanı hədəf alsalar, vay bizim halımıza!”

 

Seymur Əliyev

 

 

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button