2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

İlham Əliyevin dövründə qazın qiyməti 10 dəfəyə qədər artıb

“Dostlar! Erməni kilsələrinə havayı qaz verən Azərbaycan hökuməti müxtəlif bəhanələrlə əhaliyə satılan mavi yanacağın qiymətini artırmaq istəyir”.

Bunu facebook səhifəsində Milli Şuranın sədri, professor Cəmil Həsənli yazıb. Cəmil Həsənli daha sonra yazır:

“Artıq bu fikir Milli Məclisin iclasında da səsləndirilib. Orada deputatlar öz təşəbbüsləri ilə belə məsələləri qaldırmırlar. Bir qayda olaraq bu göstərişlər yuxarıdan gəlir. İlham Əliyevin hakimiyyətdə olduğu 13 il ərzində qazın qiyməti 10 dəfəyə qədər artıb. Bunu gah inkişaf etmiş ölkələrdə enerji daşıyıcılarının qiymətinin baha olması, gah da qaz hasilatının maya dəyərinin baha başa gəlməsi ilə izah etməyə çalışırlar. Lakin bu dəlillərin heç birinin iqtisadi və sosial əsası yoxdur. Bəli Avropada, inkişaf etmiş ölkələrdə qaz baha ola bilər. Lakin kiçik istisnalarla onlar qazı idxal edirlər, satın alırlar. Mavi yanacağın bu ölkələrə nəql edilməsi xərci də onun hasilat və emal xərclərinə əlavə edilir. Biz ki, nəql etmə xərcləri çəkmədən öz qazımızı istehlak edirik.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məsələnin elementar iqtisadi tərəfidir. Qazın qiymətin inkişaf etmiş ölkələrlə müqaiysə edən hökumət rəsmiləri nədənsə qaz və neft istehsal edən Azərbaycanda insanların əmək haqqı, pensiya və sosial müavinətlərini həmin ölkələrlə müqayisə etməyi ya bilərəkdən, ya da bilməyərəkdən unudur. Axı, inkişaf etmiş ölkələrdə müəllim 100-150 avro yox, 4 – 5 min avro aylıq məvacib alır. Burada təbii bir sual yaranır: müəllimə, həkimə, büdcə təşkilatlarda çalışanlara 200-300 manat əmək haqqı, 1,4 milyon təqaüd alan yaşlı əhaliyə 2016-cı ilin iyul ayının 1-nə olan məlumata görə orta hesabla 189,6 manat (yəni bu gün ki kursa 103 avro) pensiya verən bir hökumətin qazın qiymətini artırmağa haqqı varmı? Növbəti il üçün Almaniyanın yalnız 1 milyon müsəlman qaçqınlar üçün nəzərdə tutduğu 19 milyard avro büdcə, Azərbaycanın 10 milyonluq əhali üçün təklif etdiyi toplam dövlət büdcəsindən 2,5 dəfə artıqdır. Sosial baxımdan qazın və digər enerji daşıyıcılarının qiymətlərinə də məhz bu meyarlarla yanaşılmalıdır. İndi gələk qaz hasilatının maya dəyərinin yüksək olması ilə bağlı dəlillərə. Birincisi beynəlxalq şirkətlərlə imzalanmış müqaviləyə görə səmt qazı Azərbaycan tərəfinə havayı verilir. Havayı aldığı qazın hər 1000 kub metrini Azərbaycan hökuməti erməni kilsələrinə havayı, ölkə vətəndaşlarına isə 100 manata satır. Lakin bu hələ məsələnin hamısı deyil. 2008-ci il seçkilərindən sonra ikinci dönəm prezidentliyə başlayan cənab İlham Əliyev qazın qiymətini 47,2 manatdan 100 manata qaldırdı.

Həmin vaxtda bu artım yenə inkişaf etmiş ölkələrdə qazın qiymətinin baha olması və hasilat xərclərinin yüksək olması ilə izah edilirdi. Bu yalançı tezisi əsaslandırmaq üçün hökumət hansı hiyləyə əl atdı? Bəyan edildi ki, guya qazın hər 1000 kubmetrinin maya dəyəri 60-80 manat arasındadır. Əlbəttə, bu şişirdiliş qiymət idi və bunun arxasında böyük korrupsiya əməlləri dayanırdı. Elə həmin vaxt Azərbaycanla eyni təbii və texniki şərtlərə malik olan ölkələrdə qazın hər 1000 kub metrinin maya dəyəri 10-30 dollara başa gəlirdi. Fərq göz qabağındadır. Deməli Neft Şirkəti heç bir inandırıcı iqtisadi əsaslandırma təqdim etmədən əhaliyə satılan qazın qiymətini artırmaq üçün qazın maya dəyərini məqsədli şəkildə şişirdib. Hazırda Azərbaycan ölkə əhalisinin istehlak etdiyi qazdan (2,7 milyard kub metr) təxminən 7 dəfə çox (30 milyard kub metr qaz və qaz kondensatı istehsal edilir ki, onun 20 milyard kub metri əmtəəlikdir) əmtəəlik mavi yanacaq istehsal edir.

Bu halda beynəlxalq konsorsiumdan havayı aldığını səmt qazını və onsuz da maya dəyərindən dəfələrlə baha qiymətə əhaliyə satdığı qazın qiymətini yenidən niyə qaldırılmalıdır? Əslində, məsələ heç də inkişaf etmiş ölkələrdə qazın qiymətinin baha olması və ya qazın maya dəyərinin yüksək olması ilə bağlı deyildir. Strateji məqsəd iqtisadi böhranın ağırlığını xalqın çiyinlərinə yükləmək, maliyyə böhranın hesabını millətin cibinə kəsməkdən ibarətir. Lakin qazın qiymətinin artırılması təşəbbüsündə bulunan təyinatlı deputatlar da, onları təyinatlarına uyğun danışdıranlar da bircə şeyi unutmamalıdırlar: QAZ ALIŞQAN MADDƏDİR!”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button