2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İlham Əliyevin “NAZLifan” çağırışına Saleh Məmmədov məhəl qoymadı

Onun yenicə vəzifəyə təyin etdiyi Saleh Məmmədov özünə sonuncu model «BMW» aldı

Ölkə başçısı Ilham Əliyevin məmurları Naxçıvan Avtomobil Zavodunun istehsalı “NAZLifan” avtomobilləri almağa çağırdığı yəqin ki, hər kəsin yadındadır. Ölkə başçısının bu çağırışını qənaət və yerli istehsala üstünlük verməklə əlaqələndirmişdi. Bundan sonra bir çox məmurlar “NAZLifan” almağa başladı.

saleh-mammadov-azeryol
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov

İş o yerə çatdı ki, zavod sifarişləri çatdıra bilmədi. Avtomobillərin qiyməti isə bahalaşdı. Lakin bəzi məmurlar yenə də bahalı maşınlara üstünlük verirlər. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “NAZLifan” almaqdansa, qiyməti 200-300 min manat civarında olan “BMW”nin 7-ci seriyadan olan sonuncu modelini alıb. Saleh Məmmədov bu maşından xidməti avtomobil kimi istifadə edir. Məlumata görə, ASC sədri əvvəlki xidməti maşınını müavininə verib. Həmin maşın da ucuz deyil. O da “BMW” markalıdır və qiyməti 100 min manata yaxındır. Görünür, Saleh Məmmədov “NAZLifan”da gəzməyi özünə rəva bilmir. Ona görə də ölkə başçısının çağırışını diqqətə almayıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button