2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İlham Əliyevin nöqtə-nida mübarizəsinin acı nəticələri

AXCP sədri Əli Kərimli

İlham Əliyevin başı qarışıb nöqtə-nida mübarizəsinə, Ermənistan isə işğal olunmuş torpaqları məskunlaşdırıb, yeni torpaqlar işğal etmək üçün planlar qurur.

Saytların yığılması Saytlarin yigilmasi

“Acından ölən” Ermənistan 2019-cu ilin son günlərində Rusiyadan 4 ədəd müasir “Su-30SM” çoxfunksiyalı qırıcılar alıb. Yaxın vaxtlarda daha 8 ədəd “Su-30SM” alıb eskadriya yaradacaq. Xatırladım ki, Rusiyanın özündə bu təyyarədən cəmi 91 ədəd var. Təəssüf ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində nəinki “Su-30SM” qırıcı təyyarələri yoxdur, hətta bizim qırıcı təyyarə və döyüş vertolyotlarının çoxu xeyli köhnəlib. Məsələn, hətta Rusiya həmin model qırıcı təyyarələri (kiçik istisnalarla) köhnəldiyinə görə 2020-ci ilin sonuna qədər Hərbi Hava Qüvvələrinin arsenalından çıxarmağa çalışır.

2016-cı ildən Ermənistanda “İsgəndər-M” raketləri də var. Hərbi ekspertlərin fikrincə, “İsgəndər-M” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri hazırda Ermənistanda olan “İsgəndər-M” raketləridir.

Bizim milyardlarla dollara Rusiyadan aldığımız silahları isə Rusiya rəsmisi Zatulin özü yararsız adlandırmışdı. Yararsız olmasaydı (bəzi istisnalarla), Rusiyanın həmin silahları bizə satan dövlət şirkəti Rosoboroneksport aldığımız silahlara görə niyə Azərbaycan rəsmilərinə 30 milyon dollar “otkat” qaytarırdı? Xatırladım ki, bu fakt “Azərbaycan londramatı” korrupsiya ifşası zamanı ortaya çıxıb.

Ancaq dərdimiz təkcə düşmənin müasir silahlarla silahlanıb, əlavə torpaq işğalına hazırlaşması deyil. Qondarma Dağlıq Qarabağ rejiminin mətbuat katibi David Babayan işğal olunmuş torpaqlarımızın məskunlaşdırıldığını rəsmən təsdiq edib:

“Son illərdə Arazboyunu məskunlaşdırmaq üçün bir proqram hazırlanıb və həyata keçirilməkdədir.” Babayan deyib ki, Arazboyu bəzi ərazilər, olduqca sıx məskunlaşdırılıb. O cümlədən Mincivan şəhəri və ətraf kəndlər də məskunlaşıb. Qalan ərazilərin indiyə qədər məskunlaşmaması sırf iqtisadi çətinliklərlə bağlıdır.

Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu da 2019-cu ilin sonlarında yaydığı hesabatında açıq yazmışdı: “Qubadlıda bir hektar da boş yer qalmadı”. Qubadlı rayonunu düşmən artıq məskunlaşdırıb. Hesabatda işğalçıların Cəbrayıl və Füzuli torpaqlarını da xeyli dərəcədə məskunlaşdırdığı qeyd olunurdu.

Bəli, əziz həmvətənlər, bütün bunların da üstünə gəlin Ermənistanın işğal olunmuş torpaqlarımıza çəkdiyi 3-cü yolu, onun da üzərinə gəlin Paşinyanın ötən il sərtləşən ritorikasını, yadınıza salın Ermənistanın demokratik inqilabdan sonra dünyada artan nüfuzunu və bilin ki, bizi aldadırlar. Zaman bizim yox, işğalçının xeyrinə işləyir. Əliyev rejiminin başı qarışıb ölkədə süni “islahat” görüntüsü yaratmağa, parlament seçkilərini növbəti dəfə saxtalaşdırmağa, dövlət əmlakının korrupsiya yolu ilə talan edilməsinə və müxalifətlə mübarizəyə. Düşmən isə hərbi, diplomatik və iqtisadi baxımdan mövqelərini gücləndirir.

Əziz həmvətənlər, prosesin bu gedişatı Qarabağ və bütövlükdə Azərbaycan üçün təhlükələri gündən-günə daha da artırır. Qarabağa da, Azərbaycana da yalnız əvvəlcə öz taleyinə sahib çıxa bilən, təşkilatlanmış xalq sahib çıxa bilər. Acı məğlubiyyətdən xilas olmaq üçün öz dinc və ardıcıl mübarizəmizlə əvvəlcə ölkəmizdə xalq hakimiyyətini, respublika prinsiplərini, demokratiyanı, hüququn aliliyini bərpa etməliyik.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button