2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

İlham Əliyevin seçki saxtakarlığı Afrikanı da heyrətləndirir

Milli Şuranın sədri Cəmil Həsənli növbəti statusunda Azərbaycanın düşdüyü biabırçı siyasi vəziyyətə Afrikada belə pis baxıldığına diqqəti cəlb edib:

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyev rejimi Azərbaycanı bütün dünyaya tanıdıb. Hətta, Afrika ölkələrində belə Azərbaycandakı seçkiləri nümunə gətirib lağa qoyurlar. Niyə də qoymasınlar? 2013-cü ilin prezident seçkilərinin nəticələri seçkidən bir gün əvvəl kiçik bir “texniki xəta” ucbatından bütün dünyaya bəlli oldu. Dünyanın çeşidli ölkələrinin tanınmış televiziyalarında yumor proqramı aparanlar Azərbaycanın seçki “möcüzələrini” Həzrəti Musanın möcüzələri ilə müqayisə etdilər. Avropa məkanında seçki monitorinqinə yeganə mandatı olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müşahidəsi altında keçirilmiş iki prezident və bir parlament seçkilərinin nəticələri başdan-başa saxtakarlıq faktlarını ortaya qoyub. Bu Büronun rəsmən yayınladığı bəyanatlara görə 2008-ci ildə prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. 58 faiz saxtakarlıq nə deməkdir? Bu o deməkdir ki, xalq konstitusiya üzrə seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququndan uzaqlaşdırılıb. Mərkəzi Seçki Komissiyasının saxta nəticələri əsasında hakimiyyət mənimsənilib.

ATƏT-in Varşava Bürosu Azərbaycanda normal seçkilərə ümidini itirdiyi üçün ümumiyyətlə 2015-ci ilin parlament seçkilərini müşahidədən imtina etdi. Amma Milli Məclis seçkilərindən 22 gün öncə müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlar əsasında mən parlamentə seçiləcək 125 deputatın Milli Şura tərəfindən hazırlanmış siyahısını mətbuatda dərc etdim. Seçki günü 22 gün öncə mətbuatda dərc olunmuş 125 deputat siyahısından 121- nə Mərkəzi Seçki Komissiyası mandat verdi. Ona görə öz ölkəsində saxtakarlığa yol verilmiş seçkinin nəticələrinin ləğvinə nail olmuş müxalifət lideri Raila Odinga son çıxışında seçki saxtakarlığı ilə dünyaya analoqsuz örnək vermiş Azərbaycanla bağlı deyir: “Son seçkilərdəki kimi saxtakarlıq yalnız Azərbaycanda seçki qutuları açıldıqdan sonra üzə çıxmışdı. Bu seçkilərlə bizim yeni yaranmağa başlayan demokratiyamız “seçki avtoritarizmi” adlı sistemə çevrilir. Bu sistemdə diktatorlar hər 4-5 ildən bir saxta seçki keçirməklə demokratiya libasına bürünürlər. Biz pisdən ən pisə doğru gedirik.” Görən Azərbaycanı belə rişxənd, lağ, istehza hədəfinə çevirənlər öz əməllərindən utanmırlarmı? Əslində isə pisdən ən pisə doru gediş 5 il ərzində seçki saxtakarlığının 23 faizdən 58 faizə qalxmasıdır.

Və nəzərə alın ki, bu sözləri deyən Ordinga avqust ayında Keniyada keçirilmiş seçkilərdə 45 faiz səs almışdı. Saxta seçkilərin nəticələrini ləğv edən Keniyanın Ali Məhkəməsi fəaliyyətdə olan prezidentin deyil, müxalifət liderinin tərəfində dayandı. Bu, Afrika qitəsinin Şərqində yerləşib 1963-cü ildə müstəqillik almış və bir vaxtlar zuluslarla qonşuluqda kikuyyu-kamba tayfalarının hökmranlıq etdiyi Keniya, bu da öz tarixi keçmişi ilə fəxr edib 1918-ci ildə Şərqdə ilk cümhuriyyət qurmuş Azərbaycan. İndi özünüz gördünüz ki, İlham Əliyevin 14 illik müstəbidliyi müsəlman şərqinə ilk cümhuriyyət nümunəsi vermiş bir ölkəni hansı vəziyyətə salıb? Artıq zuluslar, kikuyyu-kamba tayfaları da bizi bəyənmir. XXI əsrdə Azərbaycan pisdən ən pisə doğru davamlı nümunələrlə dünyanı heyrətləndirir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button