2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSEÇMƏXəbərlər

İlham Əliyevin tənqidləri generala ciddi siqnal sayıla bilər

“Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz.”

Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Ölkə başçısı İlham Əliyev aprelin 9-da keçirdiyi müşavirədə aeroportlarda vətəndaşların və xaricdən gələn turistlərə yaradılan problemlərdən danışıb. Ölkə başçıcı bu mövzuda danışarkən sərhd-keçid məntəqələrində baş verən qanun pozutularının üzərində xüsusi dayanıb.

24saat.org saytı xəbər verir ki, İlham Əliyevin bu müşavidə etdiyi çıxışı seçkidən sonra Dövlət Sərhəd Xidmətində müəyyən dəyişikliklərin olacağı barədə mülahizələrə səbəb olub. Bu dəyişikliklər nəticəsində xidmətin rəisi Elçin Quliyevin işdən çıxarılacağı inandırıcı görünməsə də, onun səlahiyyətlərinin azaldılacağını güman etmək olar.

Saytların yığılması Saytlarin yigilmasi

Hətta prezidentin çıxışının Elçin Quliyevin rəqiblərinin hazırladığı hesabatlardan doğduğu barədə ehtimallar da var. Lakin bu ehtimallar ağlabatan deyil. Çünki ölkə başçısı da hazırda komanda daxilində baş verən proseslərdən xəbərdar olmamış deyil. Bu baxımdan onun indiki həssas məqamda məsələnin dərindən araşdırmamış sərt tənqidlər səsləndirməsinə inanmaq sadəlövhlük olardı.

Digər tərəfdən İlham Əliyevin çıxışın bəzi hissələrində xarici həmkarlarına istinad edir. Deməli, nöqsanlar barədə məlumatlar bir neçə mənbədən gəlib. Bu halda isə məlumatların tutuşdurulması və dərindən araşdırılması zərurətə çevrilir.

Xatırladaq ki, ölkə başçısı məlum müşavirədəki çıxışında bunları deyib:

“Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”,- deyə İlham Əliyev vurğulayıb.

Ölkə başçısı daha sonra bildirib ki, vizalar ləğv ediləndən sonra da bəzi qanunsuzluqlara yol verilib: “Xarici həmkarlarımdan biri mənə deyir ki, siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.

Analitiklər hesab edir ki, istənilən halda İlham Əliyevin sərhəd xidmətində sahəsindəki nöqsanlara sərt təpkisi Elçin Quliyevə ciddi siqnaldır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button