2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlham Əliyevin uğursuzluq hekayəsi

Şahvələd Çobanoğlu

“Formula-1″ tədbirinin könüllüsü olan tələbə qızın öz uğur hekayəsini danışdığı videosüjet internetdə yayıldıqdan sonra ölkə gündəminə ”uğur hekayəsi” diskursu çökdü. Təbii ki, həmin gənc xanıma yönələn ironiya fonunda. Deyilənə görə, gənc qız ona yönələn ironiya dalğasından xeyli sarsılıb. Bu səbəbdən onun müdafiəsinə qalxanlar da oldu. “Söz azadlığıdır” deyərək, ona yönələn tənqidləri pisləyənlər də oldu. Amma söz azadlığı həm də odur ki, vətəndaşlar ölkənin sərvətlərinin mənasız idman yarışlarına xərclənməsinə etiraz edə bilər və bu etiraz həmin tədbirlərin könüllüsü olmağı özünə uğur sayanlara da yönələ bilər.

Saytların yığılması Saytlarin yigilmasi

“Formula-1″in ölkəyə neçəyə başa gəlməsi barədə məlumatları oxumaq elə də çətin və bunun fonunda ölkədə səhiyyə və təhsilin nə gündə olduğunu düşünmək də mürəkkəb iş deyil. Xalqın durumu, iqtisadiyyatın və manatın vəziyyəti də artıq bir uğursuzluq kimi göz önündədir!

Sən bütöv bir ölkənin uğursuzluğuna səbəb olan əməldə iştirakını öz uğurun sayırsansa, sözdən uzağa keçməyən ironiya ilə tuş gələcəyini də bilməlisən. Sən milyonlarla insanın bədbəxtliyi üzərində qurulan idman təntənəsindən xoşbəxtsənsə, onda bunda öz bədbəxtliyini görənlərin də gerçək və acı hisslərinə pis baxa bilməzsən. Söz azadlığı isə hər yerdən sıxışdırılsa da, sosial şəbəkələr ümmanının dalğalarında yaşamaqdadır və acı həqiqəti görmək istəmədən uğur qazanmağa çalışanların üzünə çırpılır.

Təəssüflər olsun, amma uğursuzluq dörd bir yanından görünməyən idman sürəti ilə keçdiyi halda, sən olmayan uğurdan danışıb özünü güldürməməlisən. Məsələ bu qədər sadədir. Bunlar sadəcə bir uğursuzluq hekayəsidir. Bütün ölkənin – o gənc xanımın da, bizim də, övladlarımızın da.

Bu olaydan sonra bir çoxları öz uğursuzluğunu yazmağa başlayır və təbii ki, hakimiyyətdəkilərin, onların müdafiəçilərinin uğurlarını, qazanclarını yazır. Bax, məhz bu məsələdə fikirlər fərqlənə bilər. Bizim hekayəmiz uğursuzluqdan da ötədir, rəzalətdir həm də. Müstəqillik qazandıqdan sonra yaşadıqlarımız – ağrılar, acılar, itki və uğursuzluqlar bir yana – bizə və xalqımıza heç yaraşmadı bir tarix və bir hekayə kimi. Bu doğrudur. Amma mən əminəm ki, bizə bu zilləti yaşadanlar da uğur qazanmadı.

Hakimiyyətdə qala bilmək, varlanmaq, sərvətlərə sahib olmaq bir uğur hekayəsi kimi danıla bilməz – bunu uğur sayırsınızsa. Amma dildə deyilənlər – Azərbaycanın inkişafı, regionun lider dövləti olmaq, vətəndaşın rifahını yüksəltmək kimi iddialar necə olsun? Uğur varmı bu acıdan baxanda? Yoxdur axı.

Polis dəyənəyinin gücü ilə yaradılmış düzən, repressiya ilə xalqı qorxudub susdurmaq normal ağıl üçün uğur sayıla bilməz. Hələ subyektiv yanaşmaları qoyuram kənara, tarix var, tarixin gedişi, qiyməti və obyektivliyi var.

Uğursuzluq bir gerçək kimi ortadadır. Bir neçə ay öncə bütün dünyanı pullarını ən möhkəm valyuta kimi manatla saxlamağa çağıran Ilham Əliyev iki dünya reytinqli devalvasiya qərarı verməyə məcbur olub. Unun qiymətini aşağı salıb ki, xalq ac qalmasın.

Uğursuzluq hekayəsi sadəcə bir keçmiş deyil, o bir gələcək kimi qarşıda durub. Avtoritar idarəçiliklərin hamısı ciddi uğursuzluq səbəbidir: iqtisadi və sosial inkişafın qarşısını alır, təhsili, səhiyyəni, mədəni həyatı bərbad hala salır, sərvətləri talan edir, əngələ çevrilir! Bundan aydın bir uğursuzluq hekayəsi olurmu?

Ölkəmiz indi hər kəsin fərqində olmadığı bir dəhşət yaşayıb. Azərbaycan artıq zəngin neft səltənətindən, əngin səfalət ölkəsinə çevrilib. Bundan da dramatik uğursuzluq hekayəsi olurmu?!

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button