2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İlham Əliyevin Xocalı yürüşündə dişlərini ağardan deputatların biznes -Siyahısı

 

Azərbaycan 26 fevral Xocalı faciəsinin 25 illiyini yad etdi. Prezident İlham Əliyev və 1-ci vitse Prezident Mehriban Əliyevanın iştirakı ilə hökumət nümayəndələri Xətai rayonunda yerləşən Xocalı abidəsin doğru yürüş keçirdi.

24saat.org bizimyol.info-ya istinadla xəbər verir ki, Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 3 deputat faciə qurbanlarına, ümumən xalqımıza və protokol heyətinə hörmətsizlik edib.

Saytların yığılması Saytlarin yigilmasi

Masallıdan deputat Nəriman Əliyev, Cəlilabaddan deputat Malik Həsənov və Sabirabadın deputatı Rüstəm Xəlilov hər kəsin kədərə büründüyü bir gündə protokolda qəh-qəh çəkib gülmələri ilə lentə düşüb.

Xocalı sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca sərt qarşılanan bu məqam müzakirələrə səbəb olub.

Bir yanda Xocalı qətliamı ilə bağlı yürüş, bir tərəfdə cəbhə xəttində toqquşmalar, bir yandan şəhid xəbərləri gəlir, yürüşdə isə 3 deputat qəşş edib gülür. Nəyə və niyə?

Yarım saatlıq yürüşdə özünü ağır apara bilməyən millət vəkillərinin millətin yaralarına necə ağlamağına inanmaq olar?

Üstəlik, bu deputatlar biznesmen kimi tanınır, onların ağzını açıb parlamentdə çıxış etdiyini görən olmayıb, seçiciləri də onlara səs vermir.

24saat.org xəbər verir ki, iki gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.

Bu üç deputatın adı müxtəlif neqativ hallarda çəkilib. N.Əliyev saxta diplom qalmaqalından hərbi xidmətə getməməyə və MTN işinə qədər mediada populyarlıq qazanıb.

R.Xəlilovun biznes şəbəkəsi haqda mediada kifayət qədər fakt var. Eyni sözləri M.Həsənov barəsində də demək olar.

Ondan başlayaq ki, R.Xəlilovun atası Gülabba Xəlilov uzun illər “Jdanov” kolxozunda sədr işləyib. SSRİ dağılandan sonra isə Rüstəm Xəlilov və qohumları “Jdanov” kolxozunun bütün əmlakını mənimsəyiblər.

24saat.org xəbər verir ki, hazırda Xəlilovlar camaatın pay torpaqlarını və bütün bələdiyyə torpaqlarını öz şəxsi torpaqları kimi işlədirlər. Sabirabadda Xəlilovlar ailəsinin əlində yüz hektarlarla torpaq sahələri var.

Bundan başqa, Sabirabadın kasıb əhalisinin torpaqlarını uzun müddətli icarə və alıq satqı ilə yüz hektarlarla ərazi şəklində əldə ediblər. R.Xəlilov qardaşları və onların yaxınları Sabirabadda və ətraf rayonlarda vəzifələri ələ keçiriblər.

Parlamentdə olub da səsi eşidilməyən deputatlardan biri də Nəriman Əliyevdir. Vurğulanır ki, Nəriman Əliyevin «Nur M» şirkəti uzun illər Akif Çovdarovla şərikli fəaliyyət göstərib.

Bu şirkət əsasən İrandan xurma, kişmiş, quru meyvə gətirməklə məşğul olub. Hətta bu məhsullar üzrə monpolist kimi çıxış edib. Ancaq deputatın başqa bir biznesi daha varmış ki, o da gömrüklə bağlıymış.

Belə ki, Nəriman Əliyev Akif Çovdarovun dəstəyi sayəsində Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi bir çox malların satışını həyata keçirib.

İddialara görə, deputatın müsadirə olunmuş malları yığmaq üçün böyük anbarları da varmış. Bəli, bu deputatların Xocalı yürüşündə gülməsinin səbəbləri var, onların biznesi inkişaf edir…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button