AZ24SAAT.ORG

Now Reading:
İlham Əliyevə məxsus olduğu iddia olunan Pilatus Bank bağlanıb

Avropa Mərkəzi Bankı Maltanın Pilatus Bankının lisenziyasını ləğv edib. Bu bankın sədri ABŞ-da çirkli pulyuma ittihamları üzrə həbs olunmuşdu.

BBC Maltanın Maliyyə Xidmətləri Orqanına istinadla yazır ki, bu qurum Avropa bankını tədbir görməyə çağırıbmış.

Bir il öncə avtomobilinə qoyulmuş bombanın partlaması nəticəsində öldürülmüş jurnalist Daphne Caruana Galizia Pilatus Bankı korrupsiya ödənişlərində ittiham edirdi.

Həmin qətldən bəri AB bankla bağlı araşdırma aparırdı.

Martda Malta hakimiyyəti bankın aktivlərini dondurdu. Bundan öncə isə bankın sədri Ali Sadr Hashemi Nejad Birləşmiş Ştatlarda saxlandı. Menheten federal məhkəməsinin araşdırdığı ittihamnaməyə görə, o, ABŞ-ın İrana sanksiyalarından yayınma sxemində iştirakda suçlanır.

Jurnalist Caruana Galizia Pilatus Bankı bir sıra cinayətlərdə, o cümlədən Malta və Azərbaycanın aparıcı fiqurlarına şübhəli ödənişlərdə ittiham edirdi. Jurnalist üzə çıxarmışdı ki, bankın depozitlərinin 60 faizi İlham Əliyev ailəsinin və Kəmaləddin Heydərovundur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.