2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlhamiz Quliyevin məhkəməsində

Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə narkotik ittihamı ilə həbs edilən ictimai fəal İlhamiz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə şahid qismində Yasamal rayon polis idarəsinin əməkdaşı Nicat Abdullayev ifadə verib.

Vəkil Zibeydə Sadıqova bildirib ki, Quliyev ittihamı qəbul etmədiyini, narkotikini məhz bu polis əməkdaşının onun cibinə qoyduğunu deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Quliyev yenidən ittihamların saxtalaşdırıldığını bildirib.

Sadıqova diqqəti ona yönəldib ki, tutulan zaman Quliyevə ailəsinə xəbər verməyə və öz istədiyi vəkili dəvət etməyə imkan verilməyib.

Məhkəmə polis əməkdaşı olan digər iki şahidin dindirilməsi məqsədi ilə avqustun 22-dək təxirə salınıb.

* Xatırladaq ki, Quliyev 2023-cü il dekabrın 4-də saxlanılıb, 6-da isə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs edilib.

Lakin Quliyevin həbsinin əsl səbəbi onun “Abzas Media” nəşrinə müsahibəsində polisin qanunsuz əməllərindən və cinayət işlərinin saxtalaşdırılmasından danışmasıdır.

Hüquq müdafiəçiləri Quliyevi siyasi məhbus kimi tanıyıblar.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button