Loading...
Loading...
Xəbərlər

İlisu qar içində, amma susuz

Azərbaycanın Qax rayonunun İlisu kurort kəndində hazırda dərin qar yağıb, qış istirahətini sevənlərin mövsümüdür. Bakılılar qarda, xizək və kirşə sürmək, ağ dağlar fonunda şəkil çəkdirmək üçün rayona gəlirlər.

Gələnlər bilmirlər ki, qış İlisu sakinləri üçün fəlakət mövsümüdür. Kənd camaatı istifadə etdiyi qaza, işığına görə ayda ən azı 100 manat pul ödəməlidir, odun almağa hər il 300-500 manat xərcləyir, üstəlik qışda kənddə su olmur. Kənd camaatı babalar, ulu babaları kimi uzaqdan su daşıyır, evdə çənlərə doldurur. 21-ci əsrdə məşhur kənd su kəmərlərinin olmadığı əsrlərinə düşür. 

İlisuda internet var, su yoxdur.

Bu barədə Turan-a İlisu sakinləri elektron poçtla məlumat veriblər.

Yazırlar ki, kənd rəhbərliyi su xəttini yeniləmək üçün hər evdən 100 manat pul yığıb. Amma hər il qışda insanların əzabı təkrarlanır – su yoxdur, buzun üstündə evə vedrələrlə su aparmaq lazımdır.

Yayda da kəndə su çatmır, xüsusən istirahət edənlərin sayı çoxalanda.

İki il əvvəl “Azəryolservis” dövlət şirkəti İlisuda köhnə, sızan su borularının üstünə yeni asfalt çəkib.

Bu barədə Turan məlumat yayıb.

Yayda su bu borulardan asfaltdakı çatlardan səthə çıxır, bəzi yerlərdə fışqırır. Bəzi həyətlərə su çatmır. Qışda isə səthə çıxan həmin su asfaltı dağıdırq, donaraq kənddə hərəkəti həyat üçün təhlükəli edir. 

Kəndlilər yazır ki, yerli hakimiyyət kənd üçün heç nə etmir.

İlisulular su ilə qədim zamanlarda olduğu kimi zəif təmin olunurlar, baxmayaraq ki, televiziya hər gün Azərbaycanın necə inkişaf etdiyini göstərir.

Qax rayon icra hakimiyyətinin İlisudakı nümayəndəsi Həşim Həsənov qışda kənd sakinlərinin evlərində və həyətlərində suyun olmadığını təsdiq edərək, bunu havanın şaxtalı keçməsi ilə izah edib.

Təxminən on gündür ki, kənddə 7-10 dərəcə şaxta var, su donub, evlərə getmir, – deyə o bildirib.

Turan”ın yeraltı su borularının donmaması ilə bağlı təəccübünə Həsənov belə cavab verdi: “İlisunun su təchizatı sistemini qidalandıran çayda su donub. Bu, hər qışda olur, yerli hakimiyyət bu vəziyyətlə bağlı heç nə edə bilmir”.

Kənd sakinlərindən donmayan su xəttinin çəkilməsi üçün pul yığılması ilə bağlı sualı cavablandıran hakimiyyət nümayəndəsi bildirdi ki, bütün ailələr pul vermir, yalnız material və mövcud su kəmərlərinin təmiri üçün 10 manatdan ödəyirlər.

Həsənov məktub müəlliflərinin insanların pulun mənimsənilməsi ilə bağlı “Turan”a yazdıqlarını doğru hesab etmir və bunu istisna edir. O, hesab edir ki, şikayətçilər İlisu kəndinin sakinləri deyil, kənddə ancaq yayda gələn və gəlmələrin tikdirdiyi evlərin sahibləridir.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

Qax rayon İcra Hakimiyyətinin nümayəndəsinin cavabından xəbər tutan məktub müəllifləri hakimiyyət nümayəndəsinin arqumentləri ilə razılaşmadıqlarını bildiriblər: Hakimiyyət nümayəndələri qışda kənddə yaşamırlar və adi kəndlilər kimi buzun üstündən su daşımırlar”.

Sual açıq qalır: Dağ kəndləri təkcə Azərbaycanda deyil. Avropanın Alp dağlarında da insanlar yaşayır, yerli kəndlər də içməli suyu dağ bulaqlarından alır. Bəs onda niyə Avropanın dağlıları 21-ci əsrdə yaşayır, Azərbaycan dağlarının sakinləri isə öz üzərlərində su daşıyırlar?

Qışda Alp dağlarında dincələn Azərbaycan elitası da su çatışmazlığından şikayətlənmir. —0-

 

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button