Now Reading:
İlkinə qərəzli, Zaraya tolerant

Bir tarix kitabı düşünün. O kitabı ortasından aralasaq, qarşımıza təsadüfən 1988-ci il çıxsa, təxminən belə yazılar:

“Ermənilər bizim sözdə ayrılmaz dediyimiz Qarabağa göz dikir, aşkar düşmənçilik edir və o torpaqları bizdən ayırmaq üçün savaşa başlayır”

*

Bir vərəq geriyə çevirək…

1985-ci il – ermənilər Dağlıq qarabağın Azərbaycana yox, Ermənistana aid olduğunu sübut etmək üçün hərəkətə başlayıb. Sovet İttifaqı və onun sərhədlərindən kənarda elmi konfranslar təşkil edir, tarixi saxtalaşdırıb, 1988-ci ilə hazırlıq görürür.

*

Bir neçə vərəq birdən çevirsək…

1948-ci il – ermənilər Göyçədən-Zəngəzura harda azərbaycanlı varsa, az qala hamısını canından bezdirib el-obasından didərgin salır, gizlətmədən düşmənçilik edir, torpaqlarımızı gözümüz görə-görə bizdən qoparır…

*

Bir az da əvvələ…

Ötən əsrin əvvəllərində ermənilər qarşısına çıxan türkü, hələlik Azərbaycan adlanmayan coğrafi arealda yaşayan hamını qətl etməyi qarşısına məqsəd qoyub. Dünyanın gözü görməyə-görməyə əli silahsız insanları qətlə yetirir, Bakını ələ keçirməyə çalışırdılar. Düşmənçilik edirdilər, həm də ən alisindən…

*

Nəticədə 1990-cı ildə toy-nişan edə bilməyəcək hala gəldik, hər gün şəhid tabutu ilə silkələndik… Erməni düşmən kimi bizdən güclü idi, çünki o bizə dost yox, potensial düşmən kimi baxırdı, hazırlıqlı idi. Uzunmüddətli planı və konkret hədəfi vardı. Artıq o hədəfə doğru ilk güllə atılmış, Azərbaycan qəfil yaxalanmışdı…

*

1991-ci il – vəziyyət o həddədir ki, artıq Şəmistan Əlizamanlının efirə çıxanda sifətindəki ifadədən şəhid sayını təxmin edə biləcək qədər təcrübəliydik. Şəhidlər isə hər gün gəlirdi…

*

1992-ci il – “Şəhidlər Xiyabanı”nda yer qıtlığı yaranmışdı, artıq hər rayonun özünün “Şəhidlər Xiyabanı” salınmışdı. Şəhid tabutları növbəyə düzülmüşdü.

*

1993-cü il, bəlalı dəyişimlər fonunda düşmən daha da ağır basır, 7 rayon ard-arda düşmənə təslim olur…Şəhid ardına şəhid qəbul edirdik…

*

Sonra atəşkəs müqaviləsi imzalandı, amma düşmən yenə ən yaxşı bildiyi işi eləməyə davam etdi. Yəni düşmənçiliyindən qalmır, şəhidlərimiz gəlməyə davam edirdi…

*

2018-ci il, hələ də ildə təxminən 100 əsgərimiz ermənilər tərəfindən öldürülür…

*

Statistika və tarix qorxuncdur. Amma biz nə rəqəmləri, nə də tarixi hadisələri yadda saxlayırıq.

Əsrin əvvəlindən bu günə kimi hər erməni düşmənçiliyini unutduğumuz kimi, dünən gələn şəhidi də bu gün unudar olmuşuq.

*

Zara kimi təqdim olunmaqdan xoşnut olan Zərifə adlı bir qız Bakıya oxumağa gəlib. Oxumağına söz deyən yoxdur, istədiyi qədər oxusun.

Problem Zərifənin milli mənsubiyyəti ilə bağlı yaranan və içimizdəki çatları aşkara çıxaran məqamlarla bağlıdır.

Zərifə özü etiraf edir ki, ermənidir və damarlarında erməni qanı axır.

Zərifəni, yəni Zaranı Azərbaycana gətirənlər və onu gətirənləri burada himayə edənlər, onu gətirənlərə yaltaqlanmaq üçün fürsət güdənlər özlərinə əl qatıb ki, bəs o erməni yox, yezdi-kürdüdür. Deməklərindən belə çıxır ki, onlar Zaranı özündən yaxşı tanıyırlar.

*

O düşmən qızını Azərbaycana Emin Ağalarov gətirib. Eminin ölkəmizdə tükənməz imtiyazları var. Məhz bu səbədən o, Azərbaycana düşmən ölkənin ordusuna ruh yüksəkliyi versin deyə konsertlər təşkil edən Zaranı gətirə bilir. Və sırf Eminə xoş getsin deyə, telekanallar, telekanal rəhbərləri, deputatlar, ziyalılar, ziyanlılar… növbəyə düzülüb Zaranın əslində erməni olmadığını və ermənilərin də bizə düşmən olmadığını vızıldamaq istedadını ortaya qoyub.

*

Zara düşmən erməni ordusunun əsgərləri üçün konsert təşkil edib. Niyə? Erməni əsgəri ruhlansın, mümkün qədər çox əsgərimizi şəhid etsin deyə!

*

Erməni bizim düşmənimizdir! Erməni bizim keçmişdə də düşmənimiz olub! Erməni bizim gələcəkdə də düşmənimiz olacaq!

*

O kitabın hələ yarıdan sonrakı səhifələri yazılmayıb. Onu biz yazmalıyıq. Necə yazacağımızı bizə necə yazmalı olduğumuzu öyrədən zehniyyətdən öyrənməyə çalışsaq, dəyişən heç nə olmayaq. O kitabı biz bildiyimiz kimi, qanımızla, fəqət şərəflə yazacağıq! Qorxmadan yazacağıq, usanmadan, öldürə-öldürə, düşməni qanında boğa-boğa yazacağıq! Ondan sonra zaralar da, zuralar da çox gələcək. Amma inanın, onda məsələyə münasibətimiz bu qədər sərt olmayacaq. Yəni tolerant biz yox, düşmən olacaq deyə, rahat olacağıq. Necə ki, indi ermənilər rahatdırlar!

*

Bir də ortada “Əsgər ölümlərinə son” aksiyasında həbs olunan İlkin Rüstəmzadə var. O, sırf Azərbaycan əsgəri ölməsin deyə təşkil olunmuş aksiyada aparıcı gənclərdən biri olduğuna görə həbsə atılıb. Ona kimsə tolerant yanaşmağı düşünmür. Niyə? Düşmənə tolerant yanaşmağı aşılayanlar özləri niyə “əsgərimiz ölməsin” deyən gənci 8 il həbsdə saxlamağı özünə rəva bilir?! Yoxsa, əsgərimiz ölməsin demək suç, əsgərimizi öldürsün deyə düşmənə konsertlər vermək təqdirəlayiq addımdır?!

*

O kitabı unutmayın! Yazacağıq!

Müallif

Qurdqanlı

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.