2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlkin Rüstəmzadə xəstəxanaya yerləşdirilmədi

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin xəstəxanaya köçürülməsinə icazə verməyib.

Bu haqda gənc fəalın bacısı Türkan Rüstəmzadə xəbər verib. O, bu gün, mayın 11-i həbsdəki qardaşı ilə telefonla danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Müəssisə həkimi təqdimat vermişdi

“İlkin Rüstəmzadənin Penitensiar Xidmətin hospitalına köçürülməsi və zəruri müayinələrdən keçməsi ilə bağlı cəzaçəkmə müəssisəsinin həkimi təqdimat verib. Həmin təqdimata Penitensiar Xidmətdən cavab gəlib. Xidmət cavabında bildirib ki, onun müalicə üçün xəstəxanaya yerləşdirilməsi əməliyyat şəraiti baxımından məqsədəuyğun sayılmayıb”, – deyə bacısı bildirib.

Həkimin təqdimatına Penitensiar Xidmətdən belə cavab verilməsinə hələlik, bu qurumdan əlavə izahat almaq mümkün olmayıb..

Mədə xorası və nevroz…

İ.Rüstəmzadə mart ayında kəskin ağrılarının olması barədə açıqlama vermişdi.

Həkimlər onun mədə xorasından və nevrozdan əziyyət çəkdiyini bildirmişdilər.

Bir müddət öncə, gənc fəalın ictimaiyyət arasında başqa bir açıqlaması yayılmışdı. İlkin Rüstəmzadə bildirirdi ki, cəzaçəkmə müəssisəsinə gələn Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri ona əməkdaşlıq təklif ediblər. Əks halda onu müalicə almayacağı, həbsdən heç vaxt buraxılmayacağı ilə hədələyiblər. Ancaq Dövlət Təhlükəsizlik Xidmətindən indiyə kimi bu açıqlamaya hər hansı münasibət bildirilməyib.

XATIRLATMA

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili, narkotik maddə və silah saxlamaq kimi ittihamlarla uzun müddətə həbs olunublar.

Onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələri səbəb göstərilir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyev və Üzeyir Məmmədlini 7 il, ən gənc fəal 17 yaşlı Şahin Novruzlunu isə 6 il azadlıqdan məhrum edib.

«Amnesty International» hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları «vicdan məhbusları» adlandırıb.

Sonradan İlkin Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button