2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlkin Rüstəmzadənin bacısına hücum olduğu bildirilir

Mayın 31-də axşam saatlarında ictimai fəal İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadəyə hücum olduğu bildirilir.

İ.Rüstəmzadə özü də bildirib ki, metronun “Əhmədli” stansiyası yaxınlığında bir naməlum şəxs bacısına hücum edib: “O, Türkanın ağzını əli ilə bağlayaraq “qardaşına denən ağıllı olsun” deyib”.

Saytların yığılması Saytlarin yigilmasi

İ.Rüstəmzadənin sözlərinə görə, o, Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə onlayn müraciət ünvanlayıb: “Bu dəfə də günahkarlar tapılmasa, deməli, təhdidin arxasında dövlət özü durur”.

Daxili İşlər Nazirliyindən isə “Turan”a bildirilib ki, məsələ araşdırılıb məlumat veriləcək.

İ.Rüstəmzadə 2013-cü ilin martından həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə kütləvi iğtişaşların təşkili, xuliqanlıq kimi ittihamlarla 8 il azadlıqdan məhrum olunmuşdu. İttihamları qəbul etməyən siyasi fəal 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

24 saat” “İlkin Rüstəmzadənin bacısına hücum olduğu bildirilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button