2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSosial

İllərlə susan alimlərin də evi dağıdıldı – REPORTAJ

Buldozerlərin səsi, yoldan şütüyən avtomobillərin uğultusu akademiyada çalışan, cild-cild kitab yazan, özlərinin dediyi kimi illərdi dövlətçiliyin keşiyində duran alimlərin qışqırığına, hay-həşirinə qarışmışdı. Onlar hətta anasının əlindən tutub yolu keçən uşaqlardan da kömək umurdular. Ancaq kimsə dadlarına çatmırdı. 

***
bina1

 

Saytların yığılması Saytlarin yigilmasi
Alimlər – evləri başına uçurulan akademiyanın işçiləri isə dayanmadan etiraz edirdilər. Susduqları, talelərinə biganə qaldıqları insanlardan da kömək istəyirdilər. 
Fəhlələr mənzillərə bir-bir daxil olur, əşyaları yük maşınları ilə daşıyırdılar. Onlar da xoşbəxt idilər, iş bulmuşdular.
Polislər alimlərin yaşadığı binanı tam mühasirəyə almışdı. Həyətə yalnız evləri uçurulan vətəndaşlar daxil olurdu, kənardan baxmaq belə qadağan idi. Kimsə ayaq saxlayıb mənzərəyə tamaşa edə bilməzdi. Çünki əraziyə rayonun şefi başının dəstəsiylə gəlmişdi. Söküntünün necə getməsini öz gözləriylə görməliydi. Odur ki, tam sakitlik hökm sürməliydi. Yalnız buldozerlərin səsi gələ bilərdi, başqa heç nə… 
Alimlər isə şefin gəlişindən pəjmürdə olub ondan da imdad diləyirdilər. O isə heç kimə və heç nəyə fikir vermədən yalnız bir yerə – buldozerlərin dağıtdığı binaya baxırdı. Gözlərini qıyaraq aramla tamaşa edirdi. Əmri ilə başlanan söküntüdən, toz-duman altında fəhlələrin həyatla çarpışmasından həzz alırdı. O, dünyaya ağalıq etməsə də, şefi olduğu rayonun tam sahibidi. Gözünə yaxşı görünməyən, könlünə xoş gəlməyən istənilən yeri sökmək səlahiyyətinə malikdi. Düzdü, buna kimsə etiraz edə, səsini qaldıracaq qədər cəsarət sahibi ola bilər. Ancaq bütün bunlar onun qarşısını kəsməyə maneə yaratmaz – elə illərdi şefin təmsil olduğu hökuməti cani-könüldən müdafiə edən alimlər kimi.
***
bina2
Rayonun şefi bir neçə saat günün istisində söküntüyə tamaşa etdi, sonra polislərin və köməkçilərin müşayiətilə ərazidən getdi. Bundan sonra binanın ətrafı seyrəlməyə başladı. Yoldan ötənlərin hərəkət istiqamətində məhdudiyyətlər aradan qaldırıldı. Alimlərdən savayı hamı xoşbəxt görünürdü. Üzlər gülür, şən idilər – meydanda akademiya işçilərinin ah-naləsi fonunda tamaşa göstərilirdi.
 
***
 
Alimlər – evləri başına uçurulan akademiyanın işçiləri isə dayanmadan etiraz edirdilər. Susduqları, talelərinə biganə qaldıqları insanlardan da kömək istəyirdilər. 
Fəhlələr mənzillərə bir-bir daxil olur, əşyaları yük maşınları ilə daşıyırdılar. Onlar da xoşbəxt idilər, iş bulmuşdular. İki-üç günlük də olsa evlərinə çörək aparacaqdılar. 
Hamıdan kənarda, başı yaylıqlı, ayaqlarını irəli uzadaraq daş üstə oturmuş orta yaşlı akademiya işçisi gözlərini mənzilinin eyvanına dikmişdi. Ətrafda baş verən olayların sanki ona aidiyyəti yox idi. Fəhlələrin yuxarıdan boylanaraq ondan nəsə soruşması da diqqətini yayındırmırdı. Bütün suallara çiyinlərini çəkərək “yox” deyirdi. Saatlarla bir formada gözlərini eyvanından çəkmədi…
Fəhlələr əşyaları yük maşınlarına daşıyandan sonra “yolumuz haradı?” sualına “zibilxana” dedi və ayağa qalxdı. Yeyin-yeyin addımlarla küçəyə sarı getdi. Qonşularıyla heç sağollaşmadı da, sadəcə ayrılanda dodaqaltı “bu gündən mən də ali təhsilli bomjam” söyləyərək yük yerinə qalxdı. Fəhlələrin inadına baxmayaraq, o sürücünün yanındakı boş yerdə oturmadı, əşyalarıyla – göz bəbəyi kimi qoruduğu kitablarıyla başabaş qalmaq istəyirdi. Sınıq-salxaq divana yayxanaraq yenə gözlərini bir nöqtəyə zillədi. 
***
bina3
Ötən əsrin ortalarında inşa edilən beş mərtəbəli bina “alimlərin binası” kimi tanınsa da heç də orada yaşayanların hamısı akademiya işçiləri deyildi. Torpaqları əllərindən alınan məcburi köçkünlərin bir neçəsi də buraya pənah gətirmişdi. İllər öncə basqın olanda ayaqyalın başlarını götürüb qaçmışdılar. Yurd-yuvalarından didərgin düşənlər həyatlarında ikinci köçü yaşayırdı. 
 
***
 “Daha belə olmaz” – alimlərdən biri dilləndi. Gözləri qan qoymuş akademiyanın işçisi “nə vaxta qədər susacağıq, artıq evimizi başımıza uçururlar” deyərək əsəbi halda günün batdığı tərəfə istiqamət aldı.
Məcburi köçkün olan qarı bir əlində su şüşəsi, o biri əlində tosqun, üzünü toz-torpaq bürümüş qırmızı yanaqlı uşaqla binanın həyətində ora-bura vurnuxur, arabir evlərini sökənlərin arxasıyca donquldanırdı. Dilindən çıxan “Allah bəlanızı versin” kəlmələri buldozerlərin səsini batırmışdı. Onun qışqırığından əlindən tutduğu uşaq da qorxur, gözlərini nənəsinin səsi kəsilənə qədər yumurdu.
***
bina4
 
Akademiya işçilər həyətin bir küncünə – ağacların kölgəsinə çəkilib haray çəkirdilər. İllərdi müdafiə etdiyi hökumətdən, keşiyində dayandığı dövlətdən kömək istəyirdilər. Ancaq nədənsə, bu yardım gəlmirdi ki, gəlmirdi. Bəziləri hətta özlərinə təsəlli verirmiş kimi “bir azdan səsimizə səs verəcəklər” – deyirdi. 
Gün batmaq üzrəydi, az sonra hava qaralacaqdı. Qutular içi dolu əşyalarla sökülən binanın həyətini bəzəmişdi. Ancaq kimsədən – hökumətin hansısa bir nümayəndəsindən yardım gəlmirdi. Alimlər lal baxışlarla talelərinə ağlayırdılar. Vaxt ilə mavi ekranlara çıxıb şəninə tərif yağdırdıqları nə məmurlardan, nə də həmin telekanallardan səs-səmir var idi.
İndi növbə onlara çatmışdı. İllərdi daxmalarında sakit həyat yaşayan akademiya işçiləri heç zaman ağıllarına gətirməzdilər ki, bir gün onların da qapıları döyüləcək. Bu həmin an idi – ona görə qəzəbliydilər, bunu həzm edə bilmirdilər.
***
“Daha belə olmaz” – alimlərdən biri dilləndi. Gözləri qan qoymuş akademiyanın işçisi “nə vaxta qədər susacağıq, artıq evimizi başımıza uçururlar” deyərək əsəbi halda günün batdığı tərəfə istiqamət aldı.
Xüsusi olaraq 24saat.org saytı üçün
Ramin DEKO
***
Redaksiyadan: Hadisə Bakının Yasamal rayonunda 19 Avqust 2016-cı il tarixində baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button