2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İlon Maskdan Ukraynaya dəstək: Starlink peykləri aktivdir

Dünyanın ən zəngin insanlarından biri “Tesla” və “SpaceX”-in CEO-su “SpaceX”-in “Starlink” peykinin Ukraynada aktivləşdiyini və beləliklə də onları daimi internetlə təmin edə biləcəyini açıqlayıb.

Musk aktiv şəkildə istifadə etdiyi Twitter-də mesaj yazaraq, “Starlink xidməti hazırda Ukraynada aktivdir. Daha çox terminal isə yoldadır”, – deyə o şərh edib.

Rusiyanın işğalı nəticəsində internet provayderlərinin problem yaşadığına diqqət çəkən Mask, daha çox terminal sözü də verib. Maskın bu addımı Ukrayna baş nazirinin müavini Mixaylov Fedorovun Maska ünvanladığı qınaq mesajından sonra atıb. “24 saat” bildirir ki, Ukrayna baş nazirinin müavini Mixaylov Fedorov “Elon Mask, sən Marsı işğal edərkən, Rusiya Ukraynanı işğal etməyə çalışır! Raketlər kosmosa uğurla göndərilərkən, Rusiya raketləri Ukrayna vətəndaşlarına hücum edir” məzmunli mesajla Elon Maskı qınamışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Xüsusilə münaqişələrin intensiv olduğu Ukraynanın cənubunda və şərqində Rusiyanın işğalı səbəbindən internettəminatı çox zəifləmişdi.

Musk yanvarın 15-də bildirib ki, 1469 Starlink peyki aktivdir və 272 peyk isə tezliklə orbitdə olacaq. Fiber kabellərin və baza stansiyalarının olmadığı bölgələr üçün kritik əhəmiyyət kəsb etməsi gözlənilən belə peyklər təbii fəlakətlər zamanı rabitə və internetin zədələnməyəcəyini də nəzərdə tutur.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button