2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“İlqar Əliyev özbaşına hansısa dosyeyə sahiblənə, bunu kiməsə verə bilməzdi”

İlham İsmayıl: “Bundan “yuxarıların” xəbərsiz olması inandırıcı görünmür”

MTN polkovniki İlqar Əliyevin ölümündən bir ilə qədər vaxt keçsə də, sözügedən qurumun məşhur şəxslərindən biri olan mərhumla bağlı müxtəlif və təzadlı iddialar, təxmin və versiyalar bitmək bilmir. Bu gün İ.Əliyevlə bağlı ölkə mediasında yer alan qeyri-rəsmi məlumatlardan biri də MTN polkovnikinin məxfi dosyeyə sahib olması, bu dosyeni ölümündən qabaq kiməsə ötürməsidir. Hansı ki, bu dosyenin meydana çıxması çox şeyi dəyişə, çox mətləblərə aydınlıq gətirə bilər.

Maraqlıdır, İ.Əliyevin belə bir dosyeyə sahib olması mümkündürmü? Doğrudanmı MTN mundiri geyinən bir şəxs bu dosyeni başqa bir şəxsə, MTN-dən kənara ötürüb? Onun MTN rəhbərliyinin xəbəri olmadan belə bir özfəaliyyət həyata keçirməsi mümkündürmü?

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-a açıqlamasında məsələyə münasibət bildirən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bu barədə iddiaların bundan öncə də ictimai müzakirəyə çıxarldığına diqqət çəkdi:

“Əslində belə bir dosyenin mövcudluğu ilə bağlı səslənən fikirlər yeni deyil. Belə bir versiyanın mövcudluğu bundan əvvəl də ortaya atılıb. Xüsusilə də, Eldar Mahmudovun həbs olunmaması belə bir iddianın irəli sürülməsinə ciddi şəkildə təsir edib. Lakin bir şeyi deyim ki, bunu İ.Əliyev etmiş oslaydı da belə, bu, onun şəxsi təşəbbüsü ola bilməzdi. İ.Əliyevin öz təşəbbüsü ilə sona qədər belə bir şey etməsi, bunu özbaşına şəkildə həyata keçirməsi və bundan ondan yuxarıda olan Akif Çovdarovun, Hilal Əsədovun, Eldar Mahmudovun xəbəri olmaması inandırıcı deyil. Çünki adını çəkdiyim şəxslər belə bir dosyenin mövcudluğundan xəbərdar ola bilərdi və nəticədə bundan İ.Əliyev çox böyük zərər görərdi.

Əgər İ.Əliyev bu işləri görübsə də, bunu, yuxarı rəhbərliyin göstərişi ilə edib. O, bunu özbaşına etməyib”.

Xatırladaq ki, 24saat.org saytı İlqar Əliyevin kiməsə ötürdüyü məxfi dosyenin izinə düşüb. Bununla bağlı ciddi faktlara söykənən araşdırmanı bu linkdən oxumaq olar:

ÖNƏMLİ – İntihar edən MTN polkovniki İlqar Əliyevin gizlətdiyi məxfi dosyenin izi ilə – DÖVLƏT SİRRƏ SAHİB ÇIXACAQMI?

Seymur Əliyev
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button